03 aprel 2022
İdman gimnastikası üzrə FIG Dünya kubokunun qalibi, Fransa təmsilçisi Şarpi Lore Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə müsahibə verib.
- Yarış barədə təəssüratlarını bizimlə bölüşərdin.
- Birinci yeri tutduğum üçün çox sevinirəm. Keçən il dizimdən aldığım zədədən sonra yenidən beynəlxalq yarışlarda iştirak etməyə başlamışam. Uğurlu çıxış etmək üçün öz üzərimdə çox işlədim və çox məşq etdim.
- Qələbəni kimə həsr edirsən?
- Medalımı bərpa keçdiyim vaxtlarda məni dəstəkləyən hər kəsə - məşqçimə, ailəmə, həkimlərimə və s. həsr edirəm.
- Bu yarışa psixoloji olaraq necə hazırlaşmışdın?
- Etiraf edim ki, yarışa hazırlığım elə də asan olmadı. Zədədən sonra yarışlara geri dönmək mənim üçün çox çətin oldu. Sonuncu dəfə 2020-ci ildə sonuncu beynəlxalq yarışımda iştirak etmişəm. Qələbə qazandığım üçün çox xoşbəxtəm.
- Qələbə qazanmağında əsas nə rol oynadı?
- Mənim psixoloji hazırlığım və gərgin məşqlərim. Əlbəttə ki, qələbə qazanmağım bir möcüzə deyil. Bu, sadəcə olaraq mənim gərgin məşqlərimlə əlaqəlidir.