İdman

gimnastikadan

başlayır

Rusiyalı gimnastların azarkeşlərdən ibarət dəstək qrupu: Bakıda keçirilən Avropa Çempionatı çox gözəl təşkil olunub

15 iyun 2014

Rusiyalı gimnastların azarkeşlərdən ibarət dəstək qrupu: Bakıda keçirilən Avropa Çempionatı çox gözəl təşkil olunub

Avropa Çempionatında öz gimnastlarını dəstəkləmək üçün Bakıya gələn Rusiyalı gimnastların azarkeşlərdən ibarət dəstək qrupu yarışların təşkilindən razı qalıblar.

“Hər şey yaxşıdır, çempionat da gözəl təşkil olunub” – bu sözləri bazar günü dəstək qrupunun üzvü Mariya Titova “Trend” saytına bildirib.

Bundan əlavə o, yarışın keçirildiyi Milli Gimnastika Arenasının möhtəşəmliyini xüsusi vurğuladı.

“Biz tez-tez müxtəlif çempionatlarda iştirak etmişik, xüsusilə ötən il və ondan öncəki illərdə Dünya və Avropa çempionatlarında olmuşuq. Biz dəstək qrupundayıq, bizi yarışlara qızlarımıza dəstək olmaq üçün dəvət edirlər” – Titova qeyd edib.

O, Bakıda keçirilən Avropa Çempionatının bütün iştirakçılarına uğurlar arzuladı. “Qoy güclü qalib gəlsin” – deyə, dəstək qrupunun üzvü əlavə etdi.

13 iyun tarixində Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə sayca 30-cu yubiley Avropa Çempionatı start götürüb. Bakıda artıq 3-cü dəfədir ki, keçirilən yarışda 33 ölkədən 258 gimnast iştirak edir.Onlar 9 cüt medal uğrunda mübarizə aparırlar.