08 fevral 2012
Azərbaycan, Türkiyə, Gürcüstan və Qazaxıstanın gənc gimnastlarının iştirakı ilə keçirilən turnirin başa çatmasından sonra dəvət edilən ölkələrin nümayəndələri müsahibələrində Bakı təəssüratlarını bölüşüblər.
Gürcüstan Gimnastika Federasiyasının baş katibi Pikria Pankvelaşvili deyib ki, son illər ərzində ölkəsinin idmançıları Bakıya həm gənc, həm də senior gimnastların yarışlarında iştirak üçün gəlirlər.
- Biz hər il Azərbaycanda bədii gimnastikanın səviyyəsinin nəzərəçarpacaq dərəcədə artdığını müşahidə edirik. Bizim Azərbaycan yığmasının baş məşqçisi Mariana Vasileva ilə sıx və isti münasibətlərimiz qurulub. Çox şadıq ki, Azərbaycan gimnastı Aliyə Qarayeva dörd il əvvəl Pekində olduğu kimi, yenə də Olimpiya Oyunlarında yüksək yerlər uğrunda mübarizə aparacaq.
- Gimnastlarınızın çıxışını necə qiymətləndirirsiniz?
- Bakıya üç idmançımızı və 1998-ci il təvəllüdlü bütün gimnastlarımızı gətirdik. Yəqin bilirsiniz, digərləri ilə yanaşı, 14 yaşlı gimnastlar da Avropa çempionatında iştirak edəcəklər. Qitə birinciliyi bu yayın əvvəlində Nijni Novqorodda keçiriləcək.
- Sizin ümidinizi kim doğrultdu?
- Sofia Farulava nisbətən uğurla çıxış etdi. O, çoxnövçülükdə və lentlə hərəkətlərdə bürünc, həmçinin halqa ilə tapşırıqda gümüş medal qazandı. Bu bizi çox sevindirir, belə ki, sizin gimnastlarınızla rəqabət gərgin oldu.
- Bəs hansı Azərbaycan gimnastı sizdə daha böyük təəssürat yaratdı?
- Səhv etmirəmsə, onun adı Mənsurə Bağıyevadır. Əla gimnastdır! O, zərif və məharətlidir, sadəcə ağıllıdır! Mən ona hələ ötən il Minskdəki Avropa birinciliyində nəzər yetirmişəm. O, yarışda yunior qrup komandasının tərkibində bürünc medala sahib çıxıb. Gülsüm Şəfizadənin ünvanına da bir neçə tərifli söz demək istərdim. O, mənim üçün "prinsipial gimnast"dır.
Yarışlarda Türkiyəni baş məşqçi Figen Altayın rəhbərlik etdiyi Ankaradan olan klub təmsil edirdi.
- Təəccüblü olsa da, bu, bizim Bakıya birinci gəlişimizdir və yarışın gözəl təşkilindən heyrətlənmişik. Təəssüf ki, əlverişsiz hava şəraiti səbəbindən Azərbaycana vaxtında gələ bilmədik və gimnastlarımız xalçaya Bakıya gəldiyimiz gün çıxdılar.
- Gimnastlarınızın iştirakını necə qiymətləndirirsiniz?
- Biz altı idmançı gətirdik, onlardan Simay Akın (2002-ci il təvəllüdlü) alətsiz hərəkətlərdə üçüncü yer tutdu, digər gimnast Selen Bektaş (2001) topla hərkətlərdə gümüş medal qazandı. Ümid edirəm ki, biz gələcəkdə də Azərbaycana yarışa və toplanışa böyük məmnuniyyətlə gələcəyik. Çünki burada hər şey yüksək səviyyədə təşkil edilmişdi.
- Azərbaycanlı gimnastların səviyyəsi haqqında nə deyə bilərsiniz?
- Azərbaycanlı gimnastların səviyyəsi ildən-ilə artır. Gimnastlarınız daim ön sıralardadır, dünyada uğurla çıxış edir və mükafatlar qazanırlar. Bu, artıq aksiomadır. Aliyə Qarayeva dünya idman elitasına daxildir, yeni nəsil yetişir. Məgər bu azdır? Qabaqda Olimpiada var və mən sizə ancaq uğurlar arzu edirəm. Axı biz bir millət, iki dövlətik və həmişə bir-birimizin dəstəyini hiss etməliyik!
- Bu il Azərbaycan Gimnastika Federasiyası 10 illiyini qeyd edir...
- O zaman yubileylə əlaqədar olaraq, Federasiya rəhbərliyinin, bütün mütəxəssislərin, idmançıların və gimnastika ictimaiyyətinin ünvanına ən səmimi təbriklərimi qəbul edin! İnşallah, növbəti 10 ildə daha böyük uğurlar qazanmağı arzu edirəm!
- Bakıya tamaşa etməyə imkan tapdınız?
- Cəmi iki saat və yalnız yola düşən gün! Təəssüf ki, əlverişsiz hava şəraiti üzündən biz Bakının gözəlliklərini lazımınca seyr edə bilmədik, buna görə də şəhərə avtobusun pəncərəsindən baxmaq məcburiyyətində qaldıq.
Nəhayət, Qazaxıstan nümayəndəsi, məşqçi-xoreoqraf Veronika Zolotarevanın fikri:
- Sizin üçün yarışlar necə keçdi?
- İştirakçıların yaşının az olmasına baxmayaraq, yarışda medallar uğrunda gərgin mübarizə getdi. Bakıya gələn dörd gimnastdan daha çox Arujan Alpamışova (2004-cü il təvəllüdlü) uğurla çıxış etdi. O, doqquzuncu yeri tutdu.
- Rəqibləriniz haqqında nə deyə bilərsiniz?
- Nə deyim? Sizin gimnastlarını