İdman

gimnastikadan

başlayır

Türkiyəli gimnast: Şadam ki, qardaş ölkədə belə bir gimnastika arenası var

17 mart 2017

Türkiyəli gimnast: Şadam ki, qardaş ölkədə belə bir gimnastika arenası var

Çox şadam ki, bizə qardaş ölkədə belə bir gimnastika arenası var.

Bunu Trend-ə Türkiyəni Bakıda keçirilən Dünya Kuboku yarışlarında təmsil edən idmançı Göksu Üçtaş Şanlı deyib.

O, bu yarışlarda tirdə hərəkətlərdə final mərhələsinə çıxıb.

Türkiyəli gimnast bildirib: "Təsnifat zamanı çox həyəcanlanırdım. Tapşırıqları dəqiq yerinə yetirmədim və finala çıxa bilmədim. Planım finala çıxmaqdır".

İdmançı Bakıya ilk dəfə gəldiyini və şəhəri çox bəyəndiyini deyib. Gimnast həmçinin gimnastika arenasına heyran olduğunu da vurğulayıb: "Zal çox möhtəşəmdir. Çox şadam ki, bizə qardaş ölkədə belə bir gimnastika arenası var".

“Trend” İnformasiya Agentliyi, 17 mart 2017-ci il