17 noyabr 2018
Bu sözləri Trend-ə Bakıda keçirilən akrobatika gimnastikası üzrə Dünya Kubokunda qadın cütlüklərin tərkibində iştirak edən ukraynalı gimnast Oleksandra-Mariya Tabaçinska deyib.
O, bugünkü çıxışı zamanı həyəcanlı olduğunu qeyd edib: "Qorxuma qalib gələ bilmirdim. Güc və əminliyi mənə azarkeşlər verdi, bizi çox fəal dəstəklədilər".
Ukraynalı idmançı bildirib ki, ona Bakıda Milli Gimnastika Arenasında çıxış etmək çox xoşdur:
"Arena çox gözəldir, burada möhrəşəm ab-hava var. İdmançılar üçün çox rahat şərait yaradılıb".
Qeyd edək ki, Bakıda ilk dəfə olaraq akrobatika gimnastikası üzrə Dünya Kuboku keçirilir. Milli Gimnastika Arenasında iki gün davam edəcək yarışlarda 2003-cü il təvəllüdlü və daha böyük gimnastlar kişi cütlüyü, qadın cütlüyü, qarışıq cütlük, qadın qrupu və kişi qrupu tərkibində mübarizə aparırlar.