İdman

gimnastikadan

başlayır

Bakıda yarışlarda iştirak etmək həyəcanlı və xoşdur - Polşa gimnastı

12 may 2021

Bakıda yarışlarda iştirak etmək həyəcanlı və xoşdur - Polşa gimnastı

"Bakıda yarışlarda iştirak etmək həyəcanlı və xoşdur", Polşa gimnastı Milena Veronika Qurska deyib.

O bildirib ki, bədii gimnastika üzrə Dünya Kubokunun Azərbaycanda keçirilməsi xəbərindən məmnun olub:

"Bu, mənim Bakıda yarışlarda üçüncü iştirakımdır. Bakının gimnastika arenası mənim üçün doğma məkandır. Bakıda mənim üçün hər zaman rahatdır".

Gimnast özünün bugünkü çıxışından çox razı qalmadığını bildirib. O əlavə edib ki, Milli Gimnastika Arenasında bütün sanitar-epidemioloji tələblərə riayət olunur:

"Dünya Kubokunun təşkilatçılığına gəldikdə, zal çox gözəl hazırlanıb. Pandemiya şəraitində bütün təhlükəsizlik normalarına əməl olunur. İdmançılara məşq və uğurlu çıxışlar üçün bütün zəruri şərait yaradılıb".

"Trend" İnformasiya Agentliyi, 7 may, 2021-ci il