İdman

gimnastikadan

başlayır

Finala çıxdığımı öyrənəndə çox sevindim - Azərbaycanlı gimnast Məryəm Topçubaşova

23 may 2021

Finala çıxdığımı öyrənəndə çox sevindim - Azərbaycanlı gimnast Məryəm Topçubaşova

"Finala çıxdığımı öyrənəndə çox sevindim", bunu  azərbaycanlı gimnast, qadınlar arasında fərdi hərəkətlərdə finala yüksəlmiş Məryəm Topçubaşova deyib.

O bildirib ki, finalda daha yaxşı çıxış etməyə çalışacaq: "Finalda çalışacam ki, mükafatlar uğrunda mübarizə aparım. Təsnifatda çıxışdan sonra məşqçi məni təriflədi və dedi ki, bundan sonra daha yaxşı çalışmaq laızmdır".

"Trend" İnformasiya Agentliyi, 22 may, 2021-ci il