23 may 2021
"Bakıda Milli Gimnastika Arenasında çox xoş və mehriban bir atmosfer hökm sürür", bunu aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları yarışlarının iştirakçısı, Moldovalı idmançı Qleb Maksimçuk bildirib.
"Burada proqrama öz diqqətini tam cəmləşdirə bilirsən, heç bir şey sənə manə olmur. Bu günki çıxışıma gəldikdə, hər şey istədiyim kimi alınmadı, ilk elementdə tarazlığımı biraz itirdim".
Qleb Maksimçuk qeyd edib ki, Bakıya komanda ilə yarışa başlamazdan iki gün əvvəl gəlib:
"Bakıda Milli Gimnastika Arenasında idmançılar üçün hər cür şərait yaradılıb. Bu turnirdə yaxşı çıxışla yanaşı, mənim üçün vəzifələrdən biri də rəqabət təcrübəsi qazanmaq, belə vacib və böyük bir idman tədbirində gücümü sınamaqdır".
"Trend" İnformasiya Agentliyi, 22 may, 2021-ci il