İdman

gimnastikadan

başlayır

Viktoriya Ataol: Qafqaz qonaqpərvərliyi üçün çox darıxıram

12 yanvar 2015

Viktoriya Ataol: Qafqaz qonaqpərvərliyi üçün çox darıxıram

Milli Gimnastika Arenasının yeni – 2015-ci ildə ilk qonağı başda məşqçi Viktoriya Ataol olmaqla Kanada təmsilçiləri oldu. Qonaqlar Monrealdan bura bədii gimanstika üzrə təlim-məqş toplanışalrında iştitak etmək məqsədilə gəliblər. Arenaya, paytaxtımıza və Qafqaz qonaqpərvərliyinə heyran qalan Viktoriya ilə federasiyanın mətbuat xidməti  həmsöhbət oldu.


- Viktoriya siz ilk dəfədir ki, Arenananı görürsüz, təsssüratlarınız necədi?

- Demək istəyirəm ki, Milli Gimnastika Arenası möhtəşəmdir. Burada güclü gimnastların yetişməsi üçün, hər bir şəarit yaradılıb. Diqqətimi daha çox idmançılara lazımi tibbi yardım göstərən yüksək ixtisaslı tibbi personalınızın olması çəkdi. Xoreoqrafiya komandası isə sadəcə mükəmməldir. Mən ümid edirəm ki, qızlar, eləcə də valideynləri bütün bunları dəyərləndirir.



- Bizim komandayla işləmək xoşunuza gəldi?

- Böyük məşqçi heyyəti məni məmnun etdi, əsas özəlliyi ondadır ki, onlar bir-birlərinə yaxın, dost kimidirlər. Mən düşünürəm ki, bu işdə bədii gimnastika üzrə yığma komandanın baş məşqçisi Mariana Vasilevanın böyük əməyi var. O, eyni zamanda həm mütəxəssis, həm də çox qonaqpərvərdir. Bu cür halı nadir vaxtlarda görmək olar. Əlbətdə ki, federasiya və məşqçi heyyəti qarşılıqlı işləyirlər, federasiya kömək edir, əvəzində isə yaxşı nəticələr alır, bu isə bəyənilməyə bilməz.


- Bilirik ki, siz də əvvəllər gimnast olmusunuz. Bədii gimnastika dünaysında bu illər ərzində çox şeymi dəyişib?

- Mən 18 yaşım olanda idmanı tərk etdim. Bununla belə, 14 yaşımda gimnast kimi qızları məşq etdirirdim. O vaxtdan bu yana bədii gimnastika kökündən dəyişilib, o daha çətin olub və əsl incəsənət növünə çevrilib.

 

- Bizə özünüzlə gətirdiyiniz gimnastlar haqda danışın.

- Mənimlə bura  4 gimnast gəlib. Onlar hazırda  “Elite Canada” seçmə turnirinə hazırlaşırlar. Qızlar çox heyrətləniblər, onlar bu cür qəbulu gözləmirdilər. Onlar Bakıdakı həmkarlarından çox sayda faydalı ve yeni məlumatlat öyrəniblər.


- Sizin şəhərdə gəzmək imkanınız oldumu? Daha çox nələr xoşunuza gəldi?
- Bakıda sonuncu dəfə 30 il bundan öncə olmuşdum, təbii ki, xatirələr artıq yaddaşımdan silinmişdi. Amma bu gün şəhəri gördüm və çox heyrətləndim. Bakı gözəldir! Burada qarışıq üslubda qədim evləri və özündə tarixi əks etdirən tikililəri görmək mümkündür. Biz qədim şəhərdə gəzdik, məhşur Qız Qalasını gördük, Filarmoniya bağının gözəlliyindən zövq aldıq və hətta milli mətbəxinizdən də daddıq.  Daha çox nəyi bəyəndik? İnsanları. Bu heç nəylə müqayisə olunmayan və mənim çox darıxdığım qafqaz qonaqpərvərliyidir.

 

- Yaxın gələcək üçün planlarınız nədir?
- Çox istəyirəm yayda Bakıya gəlim!

Gözləyəcəyik.