İdman

gimnastikadan

başlayır

Aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarının finalına çıxmaqdan məmnunuq - Azərbaycanlı gimnastlar

22 may 2021

Aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarının finalına çıxmaqdan məmnunuq - Azərbaycanlı gimnastlar

"Bakıda Aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarının final mərhələsinə çıxmağımız bizi sevindirdi, çünki biz çalışmışdıq və turnirə tam hazırlaşmışdıq", bunu trio tərkibində çıxış edən Azərbaycanlı gimnastlar deyib.

Xatırladaq ki, trio tərkibində çıxış edən Sara Əlixanlı, Aliyə İsmayılova və Sənəm Kazımova 12-14 yaş qrupu kateqoriyasında 17.950 xalla finala vəsiqə qazanıblar.

S.Əixanlı bildirib: "Finala çıxdığımız üçün çox şadıq. Hər birimiz böyük bir səylə yarışa hazırlaşdıq, səmərəli çalışdıq. Turnirə hazırlıq hər gün davam etdi, dörd saat məşq etdik".

Aliyə İsmayılovanın sözlərinə görə, səylərimiz buna dəydi: "Müsabiqələrdə yaxşı çıxış etmək üçün öz üzərimizdə çalışdıq, bacarıqlarımızı artırdıq. Finala çıxdığımız üçün xoşbəxtik".

Sənəm Kazımova qeyd edib ki, ölkəmizdə keçirilən bir yarışmaya qatılmaq çox məsuliyyətlidir: "Bu turnir bizim üçün çox vacibdir, burada gələcəkdə mütləq lazımlı olacaq təcrübə əldə edirik. Finalda məşqçilər razı qalacaq şəkildə çıxış etməliyik. Əlimizdən gələni etməyə çalışacağıq".

"Trend" İnformasiya Agentliyi, 21 may, 2021-ci il