17 mart 2017
Bakıda keçirilən Dünya Kuboku idman gimnastikası üzrə Dünya Kuboklarının ən yaxşılarından biridir.
Bunu Trend-ə Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kuboku yarışlarında Xorvatiyanı təmsil edən gimnast Tin Srbiç deyib.
Xorvatiyalı idmançı deyib: Bakıya ikinci ildir ki, gəlirəm. Qeyd etmək istəyirəm ki, təşkilatçlıq çox yüksək səviyyədədir. Arena burda çox böyükdür, idmançılar üçün lazım olan bütün hər şey var. Ümumiyyətlə, bu Dünya Kuboku iştirak etdiklərim arasında ən yaxşılardan biridir".
Çıxışına toxunan gimnast finala çıxmağa ümid etdiyini bildirib: "Bu Dünya Kubokunda mən ancaq turnik üzərində hərəkətlərdə iştirak edirəm. Üç rotasiyadan sonra dördüncü olacam. Pis çıxış etmədim. Doğrudur, bacarığımın hamısını göstərə bilmədim, amma finala çıxacağıma ümid edirəm".
“Trend” İnformasiya Agentliyi, 17 mart 2017-ci il