14 iyun 2014
“Vestnik Qafqaza” saytı bədii gimnastika üzrə Avropa Çempionatının keçirildiyi Bakıda İsrail yığma komandasının baş məşqçisi ilə gimnastika barəsində söhbətləşib.
Yelena Kopilenko “Vestnik Qafqaza” saytının müxbirinə: “Mən şəhərdə hələ olmamışam. Gəldiyimiz ilk dəqiqələrdən biz “İdmançılar Kəndində” olmuşuq. Bilirəm ki, “İdmançılar Kəndi” çox yaxşıdır. Otaqlar çox rahatdır. Gimnastların vaxtında yeyə bilmələri üçün zala yaxınlıqda yeməkxana yerləşir. Bu da gimnastlar üçün çox rahatdır. Məşqlərdə hər şey öz vaxtında olur, hər kəs, o cümlədən könüllülər çox nəzakətlə yanaşırlar. Mən razıyam” – deyə, bildirib.