22 may 2021
"Bakı Milli Gimnastika Arenası geniş və gözəldir", bunu rusiyalı gimnast Kirill Klimov deyib.
Gimnast bildirib ki, yarış yüksək səviyyədə təşkil olunub, bütün xırdalıqlar nəzərə alınıb: "Bakıdakı zal böyükdür və bu mənə hərəkət azadlığı verir. Bundan başqa, Bakıda pandemiya ilə bağlı bütün zəruri tədbirlərə ciddi əməl olunur".
O, bugünkü çıxışından tam razı qalmadığını, finalda səhvlərini düzəltməyə çalışacağını deyib.
"Trend" İnformasiya Agentliyi, 22 may, 2021-ci il