İdman

gimnastikadan

başlayır

İnkişaf mərhələləri

May

Bakıda 2-ci dəfə bədii gimnastika üzrə 25-ci Avropa Çempionatı keçirilmişdir.

Bakıda təşkil olunan bədii gimnastika üzrə Avropa Çempionatında komanda hesabında (Aliyə Qarayeva, Anna Qurbanova) gümüş medal qazanılmışdır.

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Çempionatında gimnast Anna Qurbanova topla hərəkətlərlə final mərhələsində bürünc medal əldə etmişdir.

Bakıda təşkil olunan bədii gimnastika üzrə Avropa Çempionatında gənclərdən ibarət qrup hərəkətləri komandası (Səbinə Abbasova, Nigar Abdusalimova, Yevgeniya Jidkova, Ayelita Xələfova, Kamilla Məmmədova və Lalə Məhərrəmova) 5 lentlə finalda gümüş medal qazanmışdır.

AGF-nin nümayəndəsi Nihad Haqverdiyev Lillestrom şəhərində (Norveç) təşkil olunan FIG Şurasının iclasında həmin təşkilatın İntizam Komissiyasına yenidən üzv seçilmişdir.