İdman

gimnastikadan

başlayır

İnkişaf mərhələləri

İyun

İspaniyanın Quadalaxara şəhərində baş tutmuş bədii gimnastika üzrə 34-cü Avropa Çempionatında Azərbaycanın Siyana Vasileva, Aliyə Paşayeva, Diana Doman, Ayşən Bayramova və Zeynəb Hümmətovadan ibarət qrup hərəkətləri komandası 3 top və 2 iplə hərəkətlərin finalında bürünc medal qazanmışdır.

Bu çempionatda fərdi proqramda çıxış edən gənc gimnast Arzu Cəlilova topla hərəkətlərin finalında bürünc medal qazanmışdır.

Bakıda keçirilmiş Yeniyetmələrin Yay Olimpiya Oyunlarına idman gimnastikası üzrə Avropa ölkələri arasında təsnifat yarışlarında ölkəmiz gimnastika tarixində ilk lisenziyasını əldə etmişdir.