İdman

gimnastikadan

başlayır

İnkişaf mərhələləri

İyul

İtaliyanın Neapol şəhərində keçirilmiş 30-cu Yay Universiadasında qadın idman gimnastımız Marina Nekrasova dayaqlı tullanma hərəkətlərinə görə qızıl medal, bədii gimnastımız Zöhrə Ağamirova isə gürzlərlə, həmçinin çoxnövçülük proqramında 2 gümüş medal qazanmışdır.

Rusiyanın paytaxtı Moskva şəhərində keçirilmiş bədii gimnastika üzrə gənclər arasında ilk Dünya Çempionatında Arzu Cəlilova topla çıxışına görə gümüş, iplə çıxışına görə isə bürünc medal qazanmışdır.

Bakıda keçirilmiş 15-ci Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində kişi idman gimnastikası üzrə yarışlarda təmsilçimiz Səməd Məmmədli dəstəli at proqramında gümüş medal qazanmışdır.