İdman

gimnastikadan

başlayır

İnkişaf mərhələləri

Oktyabr

Müstəqil Azərbaycanın qadın idman gimnastikası tarixində ilk dəfə olaraq, gimnast Marina Nekrasova Almaniyanın Ştutqart şəhərində keçirilmiş 49-cu Dünya Çempionatında çoxnövçülük nəticələrinə əsasən Tokio-2020 Olimpiya Oyunlarına lisenziya əldə etmişdir.

Almaniyanın Ştutqart şəhərində keçirilmiş Dünya Çempionatında kişi idman gimnastı İvan Tixonov çoxnövçülük nəticələrinə əsasən Tokio-2020 Olimpiya Oyunlarına vəsiqə qazanmışdır.

Kişi və qadın idman gimnastikası üzrə beynəlxalq dərəcəli hakim Rza Əliyev Almaniyanın Ştutqart şəhərində keçirilən idman gimnastikası üzrə 49-cu Dünya Çempionatı çərçivəsində “Uzun müddətli fərqlənən hakimlik” fəaliyyətinə görə Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən “Qızıl Diplom”la təltif olunub.

Azərbaycanın gimnastika tarixində ilk dəfə olaraq İsrailin Holon şəhərində təşkil olunmuş akrobatika gimnastikası üzrə 29-cu Avropa Çempionatında gənclər yaş qrupunda kişi cütlüyü tərkibində çıxış edən Murad Rəfiyev və Daniel Abbasov temp hərəkətləri üzrə final mərhələsində qızıl medala layiq görülüblər. Çoxnövçülükdə gimnastlar gümüş, balans hərəkətlərində isə bürünc medal qazanıblar.

Həmin Avropa Çempionatında böyüklər yaş qrupunda qarışıq cütlük tərkibində çıxış edən Abdulla Əl-Məşayxi və Ruhidil Qurbanlı 2 bürünc medal (balans və temp hərəkətləri) qazanıblar.