İdman

gimnastikadan

başlayır

İnkişaf mərhələləri

May

Bakıda bədii gimnastika üzrə tarixdə ilk Avropa kuboku keçirilmişdir. Bu turnir çərçivəsində ilk dəfə çarpaz qarşılaşmalar formatı istifadə olunmuşdur. Qrup hərəkətləri komandamız 3 lent və 2 topla, eləcə də çoxnövçülük üzrə çıxışlarında fəxri kürsünün 3-cü pilləsində qərarlaşıb, nəticədə isə ölkəmizə 2 bürünc medal qazandırıblar. Gənclərdən ibarət millimizin üzvləri İlahə Bahadırova top və Şəms Ağahüseynova lentlə hərəkətlərdə nümayiş etdirdikləri çıxışlarına görə gümüş medalla təltif olunublar. Ümumilikdə, bədii gimnastika üzrə ilk Avropa kubokunda ölkəmiz 2 bürünc və 2 gümüş olmaqla 4 medalla yarışa yekun vurub.

   

   

 

Budapeşt şəhərində keçirilən bədii gimnastika üzrə Avropa çempionatında Azərbaycanın qrup hərəkətləri komandası “Paris-2024” Yay Olimpiya Oyunlarına vəsiqəni təmin etdi. Milli komandamızın gənc fərdi gimnastları - Gövhər İbrahimova (halqa), Şəms Ağahüseynova (lent), İlahə Bahadirova (top) və Fidan Qurbanlı (gürzlər) komanda hesabında bürünc medala sahib olublar.