İdman

gimnastikadan

başlayır

İnkişaf mərhələləri

Sentyabr

Akrobatika gimnastikası təmsilçiləri Portuqaliyanın Gimarayeş şəhərində keçirilən dünya çempionatında 4 qızıl, 1 gümüş və 3 bürünc medal qazanmışlar. Kişi cütlüyü - Murad Rəfiyev və Daniel Abbasov, qarışıq cütlük - Ağasif Rəhimov və Raziyə Seyidli, eləcə də kişi qrupu - Seymur Cəfərov, Rəsul Seyidli, Riad Səfərov və Abdulla Əl-Məşayxi uğurlu performans nümayiş etdirərək komanda hesabında gümüş medala sahib çıxmışlar. Kişi cütlüyü Murad Rəfiyev və Daniel Abbasov balans və qarışıq hərəkətlər üzrə qızıl medal qazanmışlar. Qarışıq cütlük Ağasif Rəhimov və Raziyə Seyidli balans və qarışıq hərəkətlər üzrə dünya çempionatının qalibi, temp hərəkətlərində isə bürünc medal sahibi olmuşlar. Cütlük, həmçinin temp hərəkətlərində bürünc medal əldə etmişdir.
Beləliklə, hər iki cütlük Dünya Oyunlarına vəsiqə qazanmışlar.
Eyni zamanda, temp hərəkətlərində bürünc medalı Seymur Cəfərov, Rəsul Seyidli, Riad Səfərov və Abdulla Əl-Məşayxidən ibarət kişi qrupu qazanmışdır. 

Portuqaliyanın Gimarayeş şəhərində keçirilən Dünya yaş qrupları yarışlarında və yeniyetmələr arasında keçirilən birinci Dünya çempionatında Nəzrin Zeyniyeva, Anahita Bashiri və Zəhra Rəşidovadan ibarət qadın qrupu iki qızıl medal qazanmışdır.  

Aerobika gimnastikası üzrə qarışıq cütlük Vladimir Dolmatov və Mədinə Mustafayeva İtaliyanın Pezaro şəhərində keçirilən aerobika gimnastikası üzrə dünya çempionatında ilk dəfə olaraq Azərbaycan tarixində gümüş medal əldə etmişlər. Bununla da, onlar Dünya Oyunlarına vəsiqə qazanmışlar.