İdman

gimnastikadan

başlayır

İnkişaf mərhələləri

İyul

Akrobatika gimnastikası üzrə milli komandanın üzvləri Murad Rəfiyev və Daniel Abbasov (kişi cütlüyü) Beynəlxalq Gimnastika Federasiyası tərəfindən "Dünya kuboku seriyasının qalibi” seçilmişdir.

16-27 iyul tarixlərində Almaniyanın Reyn-Ruhr regionunda keçirilən 32-ci Ümumdünya Yay Universiadasında böyüklərdən ibarət qrup hərəkətləri komandası - Güllü Ağalarzadə, Ləman Əlimuradova, Yelizaveta Luzan, Darya Sorokina, Kamilla Əliyeva çoxnövçülük və lent ilə proqramda qızıl, üç top və iki halqa ilə proqramda 1 gümüş medalın sahibi olmuşdur.