İdman
gimnastikadan
başlayır
7–17 avqust tarixlərində Çinin Çendu şəhərində keçirilən Dünya Oyunlarında akrobatika gimnastikası üzrə kişi cütlüyümüz – Murad Rəfiyev və Daniel Abbasov qarışıq hərəkətlər proqramında gümüş medal, tamblinq üzrə təmsilçimiz Tofiq Əliyev gümüş medal, aerobika gimnastikası üzrə qarışıq cütlük Mədinə Mustafayeva və Vladimir Dolmatov gümüş medal qazanıblar.
Tofiq Əliyev yarışda tarixi nailiyyətə imza ataraq tamblinq cığırında çətin element olan üçlü salto və üçlü vint kombinasiyasını uğurla icra edib.