İdman

gimnastikadan

başlayır

İnkişaf mərhələləri

May

1-4 may tarixlərində paytaxtımız bədii gimnastika üzrə Avropa kubokuna ev sahibliyi etmişdir. İlk dəfə olaraq bu Avropa kubokunda qrup hərəkətləri komandalarının çarpaz qarşılaşmaları baş tutmuşdur.

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa kubokunda böyüklərdən ibarət qrup hərəkətləri komandası - Yelizaveta Luzan, Darya Sorokina, Kamilla Əliyeva, Ləman Əlimuradova, Sofiya Məmmədova 3 top + 2 halqa ilə proqramda qızıl və çarpaz qarşılaşmalarda bürünc medal, gənclərdən ibarət qrup hərəkətləri komandası - Nəzrin Abdullayeva, Röya Alıkişiyeva, Şəms Müvəffəqi, Ayan Nəsirova, Nəzrin Salmanlı 5 halqa və 5 cüt gürz ilə proqramda 2 bürünc, Şəms Ağahüseynova lent ilə çıxışda bürünc medal qazanmışlar.

15-18 may tarixlərində Bolqarıstanın Burqas şəhərində keçirilən bədii gimnastika üzrə Avropa kubokunda iştirak edən böyüklərdən ibarət qrup hərəkətləri komandası - Yelizaveta Luzan, Darya Sorokina, Kamilla Əliyeva, Ləman Əlimuradova, Sofiya Məmmədova 3 top + 2 halqa ilə proqramda gümüş medal, gənclərdən ibarət qrup hərəkətləri komandası - Nəzrin Abdullayeva, Röya Alıkişiyeva, Şəms Müvəffəqi, Ayan Nəsirova, Nəzrin Salmanlı çoxnövçülük və 5 halqa ilə proqramda bürünc medal, Fidan Qurbanlı gürzlərlə proqramda gümüş medal, Şəms Ağahüseynova lent ilə proqramda gümüş medal qazanmışlar.