İdman
gimnastikadan
başlayır
13–16 may tarixlərində Bakı növbəti dəfə idman gimnastikasının ən möhtəşəm yarışlarından birinə ev sahibliyi edəcək.
Dünyanın müxtəlif ölkələrindən gələn peşəkar idman gimnastları Milli Gimnastika Arenasında keçiriləcək beynəlxalq turnirdə öz bacarıq və ustalıqlarını nümayiş etdirəcəklər.
Gərgin mübarizə, yüksək peşəkarlıq və unudulmaz çıxışlarla yadda qalacaq bu yarış tamaşaçılara əsl idman bayramı yaşadacaq.
Sən də bu həyəcan dolu anları izləmək, idman gimnastikasının gözəlliyini və enerjisini yaxından hiss etmək üçün bizə qoşul. Gəl və çempionların mübarizəsinə canlı şahidlik et!
Biletləri iticket.az saytından və şəhərin kassalarından əldə edə bilərsiniz.