İdman

gimnastikadan

başlayır

Bədii gimnastika üzrə 20-ci Azərbaycan çempionati

Bədii gimnastika üzrə 20-ci Azərbaycan çempionati

Yarış haqqında

BƏDİİ GİMNASTİKA ÜZRƏ AZƏRBAYCAN ÇEMPİONATI İSMAYILLIDA!

Bədii gimnastika üzrə 20-ci Azərbaycan çempionatı noyabrın 19-da İsmayıllıda keçiriləcək.

Yarışlarda həm böyüklər, həm də 1998-2000-ci təvəllüdlü olan ümumilikdə 16 gimnast iştirak edəcək.

Gimnastlar mütləq çoxnövçülük və ayrı-ayrı növlər üzrə medallar uğrunda mübarizə aparacaqlar.

Son beş ildə Azərbaycan çempionu London Olimpiadasından sonra böyük idmanı tərk edən Aliyə Qarayeva olub. İndi isə yeni titul və qızıl medala əsas iddiaçılar ötən il analoji yarışların gümüş mükafatçıları olmuş Lalə Yusifova və Marina Durunda hesab edilirlər.

Çempionatda Respublika Kompleks İdman Məktəbi və "Baku Fleyms" klubunun gimnastları ilə yanaşı, "Neftçi", Bakı Gimnastika Məktəbi, "Spartak" və "Sərhədçi"nin təmsilçiləri də çıxış edəcəklər.

Çempionata maraq onun yenidən iki il əvvəl olduğu kimi paytaxtdan kənarda keçirilməsi ilə daha da artıb. Bu dəfə yeni çempionların adları İsmayıllı Olimpiya İdman Kompleksində elan olunacaq.

Milli Federasiyanın vəzifələrindən biri təkcə Bakıda deyil, Azərbaycanın ayrı-ayrı regionlarında da gimnastikanın inkişaf etdirilməsidir. Son illər ərzində paytaxtın hüdudlarından kənarda bir neçə bölmə açılıb ki, onlar da inkişaf edir və nəticə verirlər.

Nəhayət, çempionata ən yaxşı gimnastların, eləcə də İsmayıllı təmsilçilərinin ifasında Qala-konsertlə yekun vurulacaq.

Yarışların başlama vaxtı – saat 11:00-da

Ünvan: Olimpiya küçəsi, 7Qala-konsert – 14.45

Ünvan – İsmayıllı, Nizami küçəsi, 32

 

Faydalı məlumatlar

Şirkət Telefon Min. məbləğ
Uber Google Play, App Store 1.60 AZN
Ailə Taksi *8555 2.40 AZN
Maxim *2111 1.00 AZN
Salam Taksi *9933 1.80 AZN
Bolt (Taxify) Google Play, App Store 1.50 AZN
Xanımların xətti 149
Ulduz Taxi *5000 1.00 AZN
Taxi 158 158 2.20 AZN
Zərif Taksi *7177 3.00 AZN
Alo Taxi *1050 1.50 AZN
Bakı Taksi Xidməti 1414 3.00 AZN
Nominal Adı Dəyəri
1 USD - (1 ABŞ dolları) 1.7
1 EUR - (1 Avro) 1.9706
1 GEL - (1 Gürcüstan larisi) 0.5417
1 GBP - (1 İngiltərə funt sterlinqi) 2.323
100 IRR - (100 İran rialı) 0.004
1 RUB - (1 Rusiya rublu) 0.0236
1 TRY - (1 Türkiyə lirəsi) 0.186

Proqram

10.30–10.55 Hakimlərin püşkatması
10.55–11.00 Hakimlərin təqdimatı
11.00–11.15 Açılış mərasimi
11.15–12.30 Yunior və senior gimnastların halqa, top, gürzlər və lentlə çıxışları (1-ci rotasiya)
12.30–13.30 Fasilə
13.00–14.45 Yunior və senior gimnastların halqa, top, gürzlər və lentlə çıxışları (2-ci rotasiya)
14.45–15.15 Qala-konsert
15.15 Yunior və senior gimnastların mükafatlandırma və bağlanış mərasimləri
 

İştirakçılar

İştirakçılar

Yunior gimnastlar

Bağırova Lalə Akif qızı “Sərhədçi” İdman Olimpiya Mərkəzi
Cəfərova Simarə Siyavuş qızı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika İdman Məktəbi
Dadaşlı Ləman Nəriman qızı “Spartak” Könüllü Bədən Tərbiyəsi və İdman Cəmiyyəti
Hacızadə Ləman Elzami qızı “Neftçi İdman Klubu” İctimai Birliyi
İsmayılova Züleyxa  Etibar qızı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi nəzdində Respublika Kompleks İdman Məktəbi
Piriyeva Jalə Azad qızı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi nəzdində Respublika Kompleks İdman Məktəbi
Səttarova Ruqiyyə Vəli qızı “Spartak” Könüllü Bədən Tərbiyəsi və İdman Cəmiyyəti

Senyor gimnastlar

Bayramova Ayşən Ramiz qızı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika İdman Məktəbi
Durunda Marina Sergeyevna Milli komanda
Niftalıyeva Nilufər Nəsib qızı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika İdman Məktəbi
Prokopenko Yekaterina Sergeyevna Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi nəzdində Respublika Kompleks İdman Məktəbi
Şəfizadə Gülsüm Nizam qızı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi nəzdində Respublika Kompleks İdman Məktəbi
Yusifova Lalə Məzahir qızı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi nəzdində Respublika Kompleks İdman Məktəbi

Konkursdan kənar

Ağamirova Zöhrə Atil qızı “Neftçi İdman Klubu” İctimai Birliyi