İdman

gimnastikadan

başlayır

Bədii gimnastika üzrə 28-ci Bakı birinciliyi

Bədii gimnastika üzrə 28-ci Bakı birinciliyi

Yarış haqqında

Gimnastika növünün ən zərif nümayəndələri mart ayında keçirilən Azərbaycan çempionatından sonra daha bir yerli yarışda, 25-27 aprel tarixlərində keçiriləcək 28-ci Bakı birinciliyində qüvvələrini sınayacaqlar. 
Bakı Olimpiya İdman Kompleksində keçiriləcək yarışda "Ocaq Sport" Klubu, İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər  İdman Məktəbi, Respublika Kompleks İdman Məktəbi, "Grasiya" İdman Klubu, Su İdmanı Sarayı, Zirə Mədəniyyət Mərkəzi, Şağan Olimpiya İdman Kompleksi, FHN İdman Sağlamlıq Kompleksini təmsil edən gimnastlar paytaxtın ən güclüsü adı uğrunda mübarizəyə qoşulacaqlar. 
Yarışda idmançılar fərdi (balacalar - 2013, 2014, 2015-ci il təvəllüdlü, yeniyetmələr - 2011-2012-ci il təvəllüdlü, gənclər - 2008-2010-cu il təvəllüdlü) və qrup hərəkətləri proqramında (balacalar - 2013-2015-cü il təvəllüdlü, yeniyetmələr - 2011-2012-ci il təvəllüdlü, gənclər - 2008-2010-cu il təvəllüdlü) mübarizə aparacaqlar.  
Üç gün davam edəcək yarışda qaliblər çoxnövçülük, komanda hesabı və ayrı-ayrı alətlər üzrə müəyyənləşəcək.
Çempionlar fərdi gimnastlar, yeniyetmə və gənclərdən ibarət qrup komandaları arasında çoxnövçülük, balacalardan ibarət qrup komandaları arasında isə həm çoxnövçülük, həm də ayrı-ayrı alətlər üzrə bəlli olacaq. 
Bədii gimnastların maraqlı və rəngarəng performanslarını izləmək istəyən tamaşaçılar biletləri onlayn qaydada https://iticket.az/ saytından və şəhərin kassalarından əldə edə bilərlər. Biletlərin qiyməti 3 manat təşkil edir.
Yarışlar haqda məlumatlar mütəmadi olaraq www.agf.az saytında yenilənəcək.
Yarışlar hər gün saat 12:00-da başlayacaq
Ünvan: Bakı Olimpiya İdman Kompleksi
Bakı şəh., Olimpiya küç., 7
Tel.: +99412 465 2274

Vacib sənədlər

Faydalı məlumatlar

Nəticələr