İdman

gimnastikadan

başlayır

Zərif gimnastlar Bakı çempionu adı uğrunda mübarizə aparıblar

28 aprel 2023

 Zərif gimnastlar Bakı çempionu adı uğrunda mübarizə aparıblar

25-27 may tarixlərində Bakı Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə növbəti yerli yarış baş tutdu. Bu dəfə zərif gimnastlar öz güclərini Bakı çempionu adı uğrunda mübarizədə sınadılar.
Sayca 28-ci Bakı birinciliyində “Ocaq Sport” Klubu,  İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər  İdman Məktəbi, Respublika Kompleks İdman Məktəbi, "Grasiya" İdman Klubu, Su İdmanı Sarayı, Zirə Mədəniyyət Mərkəzi, Şağan Olimpiya İdman Kompleksi, FHN İdman Sağlamlıq Kompleksinin yetirmələri iştirak etdilər.
3 gün davam edən yarışda 140 fərdi gimnast (balacalar - 2013, 2014, 2015-ci il təvəllüdlü, yeniyetmələr - 2011-2012-ci il təvəllüdlü, gənclər - 2008-2010-cu il təvəllüdlü) və 8 qrup komandası (balacalar - 2013-2015-cü il təvəllüdlü, yeniyetmələr - 2011-2012-ci il təvəllüdlü, gənclər - 2008-2010-cu il təvəllüdlü) mübarizəyə qoşulmuşdu.  
Qaliblər çoxnövçülük, komanda hesabı və ayrı-ayrı alətlər üzrə müəyyənləşdi.
Hakimlər qarşısına biri-birindən maraqlı və rəngarəng kompozisiya ilə çıxan gimnastlar azarkeşlərin gur alqış sədaları altında özünəinamlı çıxışları ilə yadda qaldılar.  
Maraqlı mübarizənin yekununda fərdi gimnastlar, yeniyetmə və gənclərdən ibarət qrup komandaları arasında çoxnövçülük, balacalardan ibarət qrup komandaları arasında isə həm çoxnövçülük, həm də ayrı-ayrı alətlər üzrə qaliblər müəyyənləşdi.
Yarışın yekun nəticələri ilə agf.az saytında tanış ola bilərsiniz.