İdman

gimnastikadan

başlayır

Bədii gimnastika üzrə 7-ci Bölgələrarası Kubok

Bədii gimnastika üzrə 7-ci Bölgələrarası Kubok

Yarış haqqında

Bədii gimnastların növbəti dayanacağı Lənkəran şəhəri olacaq.
Paytaxt Bakıda keçirilən Azərbaycan çempionatı və Bakı birinciliyinin ardınca mayın 6-sı Lənkəran Olimpiya İdman Kompleksi öz qapılarını bədii gimnastların üzünə açacaq.
Bu növ üzrə keçiriləcək 7-cı Bölgələrarası kubokda “Ocaq Sport”  Klubunun Zaqatala, Şamaxı, Ağdaş bölmələri, Abşeron, Naxçıvan, Masallı, Sumqayıt, Lənkəran, İsmayıllı, Qusar, Göyçay Olimpiya İdman Kompleksi, Mingəçevir - “Kür” Olimpiya Tədris-İdman Mərkəzindən 36 gimnast qüvvəsini sınayacaq.
İdmançılar balacalar (2013-2015-ci il), yeniyetmələr (2011-2012-ci il), gənclər (2008-2010-cu il) yaş kateqoriyasında çıxış edəcəklər.
Yarışda balacalar - alətsiz, gürzlər, lent, yeniyetmələr - alətsiz, top, gürzlər, gənclər isə - halqa, top, gürzlər və lentlərlə çıxışlarını nümayiş etdirəcəklər.
Qaliblər çoxnövçülük proqramında müəyyənləşəcək.
Yarışlara giriş sərbəstdir.
Məkan: Lənkəran Olimpiya İdman Kompleksi
Ünvan: Lənkəran şəh., Fikrət Məmmədov küç.

 

 

Faydalı məlumatlar

İştirakçılar

Nəticələr