İdman

gimnastikadan

başlayır

Bədii gimnastika üzrə 8-ci bölgələrarası kubok

Bədii gimnastika üzrə 8-ci bölgələrarası kubok

Yarış haqqında

Bölgələrin parlaq ulduzları bu dəfə Qəbələ səhnəsində öz istedadları ilə işıq saçacaq! 9 iyul tarixində Qəbələ Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə 8-ci bölgələrarası kubok keçiriləcək. Milli yarışın iştirakçıları arasında Şəki Olimpiya İdman Kompleksi, "Ocaq Sport" Klubunun Zaqatala, Ağdaş və Şamaxı bölmələri, Oğuz Olimpiya İdman Kompleksi, Qəbələ Olimpiya İdman Kompleksi, Şirvan Olimpiya İdman Kompleksi, Masallı Olimpiya İdman Kompleksi, Gəncə Olimpiya İdman Klubu, Abşeron Olimpiya İdman Kompleksi, Gəncə Olimpiya İdman Kompleksi, Lənkəran Olimpiya İdman Kompleksi, “Kür” Olimpiya Tədris-İdman Mərkəzi, Şəmkir Gənclər Evi və Sumqayıt Olimpiya İdman Kompleksi yer alır. Ümumilikdə, yarışda Azərbaycanın dörd bir tərəfindən 66 gimnast bir araya gələcək.
Kubokda gimnastlar fərdi hərəkətlərdə balacalar (2016-cı il, 2015-ci il, 2014-cü il təvəllüdlülər), yeniyetmələr (2013-cü il, 2012-ci il, 2011-ci il təvəllüdlülər), gənclər (2009-2010-cu il təvəllüdlülər) yaş kateqoriyaları üzrə çıxış edəcək. Qrup hərəkətləri üzrə isə balacalar (2014-2016-cı il təvəllüdlülər) və yeniyetmələr (2012-2013-cü il təvəllüdlülər) yaş kateqoriyalarında mübarizə gedəcək. 

Sevindirici haldır ki, ötən il Lənkəranda təşkil olunan bölgələrarası kubokla müqayisədə bu il iştirak edən idman cəmiyyətləri və idmançıların sayında əhəmiyyətli dərəcədə artım nəzərə çarpır. Bu o deməkdir ki, bölgələrdə idmana, xüsusən gimnastikaya marağın artırılması istiqamətində gördüyümüz işlər öz nəticəsini verir. 
Dəyərli gimnastikasevərlər, idmançılarımızın istedad və əzmkarlığını alqışlamaq üçün hamınızı bu möhtəşəm günə dəvət edirik!
Yarışın başlama vaxtı: 10:00
Ünvan: Qəbələ şəhəri, 28 May küçəsi, 37 

Faydalı məlumatlar

İştirakçılar

Nəticələr