İdman

gimnastikadan

başlayır

İdman gimnastikası üzrə “AGF Trophy” beynəlxalq turniri

İdman gimnastikası üzrə “AGF Trophy” beynəlxalq turniri

Yarış haqqında

Dünya kubokunun ardınca idman gimnastları 15-17 mart tarixlərində yenidən Milli Gimnastika Arenasına toplaşacaqlar.
Bu dəfə onlar idman gimnastikası üzrə AGF Trophy adlı beynəlxalq turnirdə çıxış edəcəklər.
Yarışda Azərbaycanla yanaşı, Qazaxıstan, Ukrayna, Özbəkistan, Gürcüstan komandalarını təmsil edən 88 idmançı qüvvəsini sınayacaq.
Qeyd edək ki, böyüklər və gənclər arasında yarış Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən təsdiq olunub. Yarışda yeniyetmələr də yarış çərçivəsində öz qüvvələrini sınayacaqlar.  
Azərbaycanı yarışda böyüklər, gənclər və yeniyetmələr arasında 22 idmançı təmsil edəcək. 
Yarışın ilk iki günü təsnifat mərhələləri, sonuncu gün isə final mərhələsi keçiriləcək.
Gənc və böyükyaşlı gimnastların maraqlı və həyəcanlı çıxışlarını izləmək üçün Milli Gimnastika Arenasına tələsin.
Tamaşaçılar biletləri onlayn qaydada https://iticket.az/ saytından və şəhərin kassalarından əldə edə bilərlər.
Biletlərin qiyməti təsnifat yarışlarına 7, final mərhələlərinə isə 10 manat təşkil edir.

Ətraflı məlumatı isə federasiyanın saytından əldə edə bilərsiniz.
Məkan: Milli Gimnastika Arenası
Telefon: (+994 12/51) 566-96-99
Ünvan: Bakı, H.Əliyev pr., 178
Keçid: “Koroğlu” metro stansiyası

 

 

 

Vacib sənədlər

Faydalı məlumatlar

İştirakçılar