İdman

gimnastikadan

başlayır

İdman gimnastikası üzrə “AGF Trophy” beynəlxalq turnirinə start verilib

15 mart 2024

İdman gimnastikası üzrə “AGF Trophy” beynəlxalq turnirinə start verilib

Bu gün paytaxtımızda idman gimnastikası üzrə “AGF Trophy” beynəlxalq turnirinə start verilib.
Yarışda Azərbaycanla yanaşı, Qazaxıstan, Ukrayna, Özbəkistan, Gürcüstan komandalarını təmsil edən 90-dək idmançı qüvvəsini sınayır.
Azərbaycanı yarışda böyüklər, gənclər və yeniyetmələr arasında 22 idmançı təmsil edir.
Yarışın ilk günü hər üç yaş qrupu üzrə təsnifat mərhələlərinə start verilib. Kişilər arasında sərbəst hərəkətlər, paralel qollar, halqalar, qadınlar arasında isə dayaqlı tullanma, müxtəlif hündürlüklü qollar üzrə finalçılar müəyyənləşib.  
Yarışda böyüklər arasında millimizin üzvləri Nikita Simonov (halqalar), İvan Tixonov (sərbəst hərəkətlər, paralel qollar, halqalar), Rəsul Əhmədzadə (sərbəst hərəkətlər, paralel qollar), Mənsum Səfərov (sərbəst hərəkətlər), Nazənin Teymurova (dayaqlı tullanma, müxtəlif hündürlüklü qollar) və Duyğu Məcidzadə (müxtəlif hündürlüklü qollar, dayaqlı tullanma) finalda çıxış edəcəklər.  
Gənclər arasında komandamızın üzvləri Aydın Əlizadə (sərbəst hərəkətlər, paralel qollar, halqalar), Nihat Muradlı (sərbəst hərəkətlər, paralel qollar, halqalar), Dəniz Əliyeva (müxtəlif hündürlüklü qollar, dayaqlı tullanma) və Aytən Məmmədova (müxtəlif hündürlüklü qollar, dayaqlı tullanma) həlledici mərhələdə çıxışlarını nümayiş etdirəcəklər.
Yeniyetmələr arasında isə İlham Salayev (paralel qollar, sərbəst hərəkətlər, halqalar), Emin Xankişiyev (sərbəst hərəkətlər), Hüseyn Qəhrəmanov (paralel qollar, halqalar), Albina Aliyeva (dayaqlı tullanma, müxtəlif hündürlüklü qollar) və Leyla Məmmədzadə (dayaqlı tullanma, müxtəlif hündürlüklü qollar) finalda mübarizə aparacalar.
Qeyd edək ki, sabah yarışlar ayrı-ayrı alətlər üzrə təsnifat mərhələləri ilə davam edəcək.
Martın 17-də isə idmançılar final mərhələsində mübarizə aparacaqlar.