İdman

gimnastikadan

başlayır

Akrobatika gimnastikası üzrə 29-cu Azərbaycan birinciliyi və Bakı çempionatı

Akrobatika gimnastikası üzrə 29-cu Azərbaycan birinciliyi və Bakı çempionatı

Yarış haqqında

Ötən həftə geridə qoyduğumuz bədii gimnastika üzrə Dünya kuboku ilə üzümüzə gələn Avropa kuboku arasında Azərbaycan Gimnastika Federasiyası diqqətini yenidən milli yarışlara yönəltdi. Belə ki, aprelin 25 və 26-sı akrobatika gimnastikası üzrə 29-cu Azərbaycan birinciliyi və Bakı çempionatı keçiriləcək. 
Milli yarışda Bakı Gimnastika Məktəbi, “Ocaq Sport” Klubu, “Neftçi” İdman Klubu, 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbini ümumilikdə 71 idmançı təmsil edəcək.
İki günlük yarışlarda qadın cütlükləri (uşaqlar 2008-2013; balacalar 2009-2018-ci il), kişi cütlükləri (böyüklər 2009-cu il və daha böyük), qarışıq cütlüklər (böyüklər 2009-cu il və daha böyük), qadın qrupları (uşaqlar 2008-2013; yeniyetmələr 2006-2012; gənclər 2005-2010; böyüklər 2009-cu il və daha böyük) və kişi qrupları (yeniyetmələr 2006-2012; böyüklər 2009-cu il və daha böyük) balans, temp və qarışıq hərəkətlər proqramında medallar uğrunda mübarizə aparacaqlar.
Musiqi müşayiəti və tərəfdaş əməkdaşlığının sehirli harmoniyasından ovsunlanmaq istəyirsinizsə, sizi də izləyicilər arasında görməkdən məmnun olarıq. Qeyd edək ki, yarışlar hər gün saat 12:00-da başlayacaq.
Ünvan: Heydər Əliyev adına İdman Konsert Kompleksi, Abbas Səhhət küçəsi, 2
Əlaqə: +994 12 465 22 74
 

Vacib sənədlər

Faydalı məlumatlar

İştirakçılar

Nəticələr