Akrobatika Gimnastikası üzrə Azərbaycan və Bakı Birinciliyi
İdman gimnastları, batutçular və bədii gimnastlardan sonra milli yarışlara bu dəfə akrobatlar qatılır.
20 və 21 may tarixlərində Heydər Əliyev adına İdman-Konsert Kompleksində Akrobatika Gimnastikası üzrə Azərbaycan və Bakı Birinciliyi keçiriləcək.
67 akrobatın iştirak edəcəyi yarışlarda “Ocaq Sport” Klubu, Bakı Gimnastika Məktəbi, “Neftçi” Idman Klubu və Nizami rayonu 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi təmsil olunacaq.
Əlamətdar haldır ki, “Ocaq Sport” Klubunun yetirmələri ilk dəfə akrobatika üzrə yarışlarda öz çıxışlarını nümayiş etdirəcəklər.
İki günlük yarışlarda qadın cütlükləri (uşaqlar - 2000-2007), kişi cütlükləri (böyüklər - 2002-ci il təvəllüdlü və daha böyüklər; yeniyetmələr – 1998-2006), qarışıq cütlüklər (gənclər – 1997-2005; balacalar- 2002-2010), qadın qrupları (yeniyetmələr - 1998-2006; uşaqlar - 2000-2007; balacalar - 2002-2010) və kişi qrupları (balacalar - 2002-2010) medallar uğrunda çoxnövçülükdə mübarizə aparacaqlar.
Turnir zamanı Dünya Yaş Qrupları Yarışlarının gümüş medalçıları Ağasif Rəhimov və Nurcan Cabbarlıdan ibarət qarışıq cütlük və kişi cütlüyü Seymur Cəfərov-Murad Əkpərov heyranedici çıxışları ilə yarışlar ərzində tamaşaçıları həyəcanda saxlayacaqlar.
Yarışların sonunda yeni başlayan gənc akrobatlar öz nümunəvi çıxışlarını nümayiş etdirəcəklər.
Şirkət | Telefon | Min. məbləğ |
---|---|---|
Uber | Google Play, App Store | 1.60 AZN |
Ailə Taksi | *8555 | 2.40 AZN |
Maxim | *2111 | 1.00 AZN |
Salam Taksi | *9933 | 1.80 AZN |
Bolt (Taxify) | Google Play, App Store | 1.50 AZN |
Xanımların xətti | 149 | |
Ulduz Taxi | *5000 | 1.00 AZN |
Taxi 158 | 158 | 2.20 AZN |
Zərif Taksi | *7177 | 3.00 AZN |
Alo Taxi | *1050 | 1.50 AZN |
Bakı Taksi Xidməti | 1414 | 3.00 AZN |
Nominal | Adı | Dəyəri |
---|---|---|
1 | USD - (1 ABŞ dolları) | 1.7 |
1 | EUR - (1 Avro) | 1.9706 |
1 | GEL - (1 Gürcüstan larisi) | 0.5417 |
1 | GBP - (1 İngiltərə funt sterlinqi) | 2.323 |
100 | IRR - (100 İran rialı) | 0.004 |
1 | RUB - (1 Rusiya rublu) | 0.0236 |
1 | TRY - (1 Türkiyə lirəsi) | 0.186 |