İdman

gimnastikadan

başlayır

Bədii gimnastika üzrə Azərbaycan Birinciliyi və Bölgələrarası Kubok. Batut gimnastikası və tamblinq üzrə Azərbaycan Birinciliyi və Bakı Çempionatı

Bədii gimnastika üzrə Azərbaycan Birinciliyi və Bölgələrarası Kubok. Batut gimnastikası və tamblinq üzrə Azərbaycan Birinciliyi və Bakı Çempionatı

Yarış haqqında

Dekabr ayının 8-10 tarixlərində Milli Gimnastika Arenası öz qapılarını bədii gimnastlar və batutçulara açacaq.
 
Belə ki, həmin tarixlərdə Bədii gimnastika üzrə Azərbaycan Birinciliyi və Bölgələrarası Kubok, eyni zamanda Batut gimnastikası üzrə Azərbaycan Birinciliyi və Bakı Çempionatı təşkil olunacaq.
 
Fərdi bədii gimnastlar balacalar, yeniyetmələr və gənclər, qrup hərəkətləri komandaları isə yalnız yeniyetmələr və balacalar yaş kateqoriyasında medallar uğrunda mübarizə aparacaqlar. İştirakçılarımız Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, Ocaq Sport və Start Klubları, həmçinin Su İdman Sarayını təmsil edəcəklər. 
 
Artıq 4-cü dəfədir təşkil olunacaq Bölgələrarası Kubokda isə İsmayıllı, Göyçay, Gəncə, Qusar, Şirvan, Şağan, Kürdəmir, Naxçıvan, Mingəçevir, Xırdalan və Sumqayıt şəhərinin yetirmələri yer alacaqlar. Kubokda balacalar alətsiz və halqa ilə, yeniyetmələr isə top, gürzlər və lent ilə çıxışlar nümayiş etdirəcəklər.
 
Turnirin ən maraqlı məqamı isə son günə təsadüf edəcək. Belə ki, dekabrın 10-da  “Qızıl Yaş” adlandırılmış şou xarakterli yarışlarda öz proqramlarını təqdim etmək üçün tamaşaçı qarşısına məhz məşqçilərimiz çıxacaq. Bir neçə il öncə gimnast karyerasına son qoyaraq məşqçi-müəllim kimi çalışmağa başlayan qızlarımız, yarış meydançasında öz məharətlərini göstərərək, yenidən o illərə qayıdacaqlar.
 
Batutçulara gəldikdə isə onlar balacalar, uşaqlar, yeniyetmələr, gənclər və böyüklər yaş kateqoriyasında yer alaraq fərdi proqramda mübarizə aparacaqlar. Qeyd edək ki, bu yarışlarda yerli batutçularımızla yanaşı, Gürcüstan təmsilçiləri də iştirak edəcəklər.
 
Turnirə biletləri Arenanın kassasından əldə edə bilərsiniz. Biletlərin qiyməti 10 manat təşkil edir.
 
Yarışlar haqda daha ətraflı məlumatı federasiyanın saytından əldə edə bilərsiniz. Yarışlarımız canlı olaraq “gymtv.online”da təqdim olunacaq.

 
 
Məkan: Milli Gimnastika Arenası
Telefon: (+994 12/51) 566-96-99
Ünvan: Bakı, H.Əliyev pr., 178
Keçid: “Koroğlu” metro stansiyası

Faydalı məlumatlar

Şirkət Telefon Min. məbləğ
Uber Google Play, App Store 1.60 AZN
Ailə Taksi *8555 2.40 AZN
Maxim *2111 1.00 AZN
Salam Taksi *9933 1.80 AZN
Bolt (Taxify) Google Play, App Store 1.50 AZN
Xanımların xətti 149
Ulduz Taxi *5000 1.00 AZN
Taxi 158 158 2.20 AZN
Zərif Taksi *7177 3.00 AZN
Alo Taxi *1050 1.50 AZN
Bakı Taksi Xidməti 1414 3.00 AZN
Nominal Adı Dəyəri
1 USD - (1 ABŞ dolları) 1.7
1 EUR - (1 Avro) 1.9706
1 GEL - (1 Gürcüstan larisi) 0.5417
1 GBP - (1 İngiltərə funt sterlinqi) 2.323
100 IRR - (100 İran rialı) 0.004
1 RUB - (1 Rusiya rublu) 0.0236
1 TRY - (1 Türkiyə lirəsi) 0.186

Proqram

Proqram