Azərbaycan Gimnastika Federasiyası yerli yarışlar mövsümünə start verir. Ənənəvi yarış məkanı olan Milli Gimnastika Arenasında keçiriləcək ilk yarış “Batut gimnastikası üzrə 9-cu, Tamblinq üzrə 21-ci ölkə çempionatı və Bakı birinciliyi” olacaq.
14 və 15 fevral tarixlərində keçiriləcək yarışlarda idmançılar müxtəlif yaş kateqoriyaları üzrə birincilik uğrunda mübarizə aparacaqlar.
Batut üzrə yarışda idmançılar fərdi və sinxron proqramda kiçiklər (2016-2018), uşaqlar (2013-2015), yeniyetmələr (2011-2012), gənclər (2009-2010) və böyüklər (2008 və daha böyük) yaş kateqoriyaları üzrə çıxış edəcəklər.
Tamblinq üzrə yarışda idmançılar fərdi və sinxron proqramda kiçiklər (2016-2018), uşaqlar (2013-2015), yeniyetmələr (2011-2012), gənclər (2009-2010) və böyüklər (2008 və daha böyük) yaş kateqoriyaları üzrə mübarizə aparacaqlar. Yarışda qaliblər təsnifat mərhələsində 2 çıxışın cəminə əsasən müəyyənləşəcək.
Gimnastların həyəcanlı çıxışlarını izləmək şansını qaçırmayın.
Tarix: 14 və 15 fevral
Məkan: Milli Gimnastika Arenası (köməkçi zal)