İdman

gimnastikadan

başlayır

Bədii gimnastika üzrə 29-cu ölkə birinciliyi

Bədii gimnastika üzrə 29-cu ölkə birinciliyi

Yarış haqqında

Bədii gimnastika üzrə milli yarışların yeni mövsümünə start vermək üçün Tərtərə gəlirik! Tərtər sakinləri, sizi,  əzm və zəriflik mübarizəsində ən güclülərin müəyyən olunması anlarına yerində şahidlik etməyə, bu vizual şounu izləməyə dəvət edirik! 

Belə ki, 28 və 29 iyun tarixlərində Tərtər Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə 29-cu ölkə birinciliyi keçiriləcək. Qeyd edək ki, Gəncə Olimpiya İdman Klubu, İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbi (BGM), Respublika Kompleks İdman Məktəbi (RKİM), “Ocaq Sport” Klubu, “Ocaq Sport” Klubunun Hövsan və Zaqatala bölmələri, “Kür” Olimpiya Tədris-İdman Mərkəzi, Şağan Olimpiya İdman Kompleksi, Zirə Mədəniyyət Mərkəzi, Şəmkir Gənclər Evi, Şirvan Olimpiya İdman Kompleksi, Su İdmanı Sarayı, Abşeron Olimpiya İdman Kompleksi, “Grasiya” İdman Klubundan ümumilikdə 130 idmançı öz istedad və hazırlığını nümayiş etdirəcək.

Birincilikdə gimnastlar fərdi hərəkətlərdə balacalar (2016-cı il, 2015-ci il, 2014-cü il təvəllüdlülər), yeniyetmələr (2012-2013-cü il, 2011 təvəllüdlülər), gənclər (2009-2010-cu il təvəllüdlülər) yaş kateqoriyaları üzrə çıxış edəcək. Qrup hərəkətləri üzrə isə balacalar (2014-2016-cı il təvəllüdlülər) və yeniyetmələr (2012-2013-cü il təvəllüdlülər) yaş kateqoriyalarında mübarizə gedəcək. 

Vaxtilə milli yarışlarda əzmkarlıq nümayiş etdirmiş gimnastlarımız hazırda dünyanın dörd bir tərəfində bayrağımızı qürurla dalğalandırır. İstisna deyil ki, bu və bundan sonrakı milli yarışlarda da bir çox idmançı öz məharətini və qələbə şövqünü göstərməyə çalışacaq və gələcəyin çempionları elə həmin gündən məlum olacaq. Odur ki, gimnastlarımız üçün əlamətdar olan bu mübarizədə siz də öz yerinizi alaraq onlara öz dəstəyinizi nümayiş etdirin. 

Yarışın cədvəli ilə daha ətraflı tanış olmaq üçün saytımızda müvafiq bölməyə daxil ola bilərsiniz.

https://agf.az/az/competitions/bedii-gimnastika-uzre-29-cu-ol48842

Yarışın başlama vaxtı:
28 iyun – 10:00
29 iyun – 10:00
Ünvan: Heydər Əliyev prospekti,12
 

Faydalı məlumatlar

İştirakçılar

Nəticələr