İdman
gimnastikadan
başlayır
İyunun 4-ü və 5-də ilk dəfə olaraq Tərtər Olimpiya İdman Kompleksi öz qapılarını bədii gimnastların üzünə açacaq.
Bu növ üzrə keçiriləcək 6-cı Bölgələrarası Kubokda “Zirvə” İK, Sumqayıt OİK, Kürdəmir, Gəncə, Kür, Şirvan, Masallı, Zaqatala, İsmayıllı, Ağdaş, Göyçaydan 31-i fərdi, 4-ü isə qrup komandası olmaqla, ümumilikdə 44 gimnast qüvvəsini sınayacaq.
İdmançılar fərdi (balacalar – 2012-2014-cü il, yeniyetmələr - 2010-2011-ci il, gənclər - 2007-2009-cu il) və qrup hərəkətləri proqramında (balacalar – 2012-2014-cü il) çıxış edəcəklər.
Fərdi gimnastlar çoxnövçülükdə, qrup hərəkətləri proqramında mübarizə aparacaq idmançılar isə həm çoxnövçülük, həm də ayrı-ayrı alətlər üzrə öz aralarında qalibləri müəyyənləşdirəcəklər.
Qeyd edək ki, bu, 2022-ci ildə Azərbaycan Gimnastika Federasiyası tərəfindən bölgələrdə keçirilən ikinci yarışdır. Xatırladaq ki, mayın 27-dən 29-dək Şəki Olimpiya İdman Kompleksində ilk dəfə bədii gimnastika üzrə 28 May Müstəqillik Gününə həsr edilmiş Dostluq yarışı keçirilmişdi.
Yarışlara giriş sərbəstdir.
Məkan: Tərtər Olimpiya İdman Kompleksi
Ünvan: Tərtər şəh., Heydər Əliyev pr., 12
| Şirkət | Telefon | Min. məbləğ |
|---|---|---|
| Uber | Google Play, App Store | 1.60 AZN |
| Ailə Taksi | *8555 | 2.40 AZN |
| Maxim | *2111 | 1.00 AZN |
| Salam Taksi | *9933 | 1.80 AZN |
| Bolt (Taxify) | Google Play, App Store | 1.50 AZN |
| Xanımların xətti | 149 | |
| Ulduz Taxi | *5000 | 1.00 AZN |
| Taxi 158 | 158 | 2.20 AZN |
| Zərif Taksi | *7177 | 3.00 AZN |
| Alo Taxi | *1050 | 1.50 AZN |
| Bakı Taksi Xidməti | 1414 | 3.00 AZN |
| Nominal | Adı | Dəyəri |
|---|---|---|
| 1 | USD - (1 ABŞ dolları) | 1.7 |
| 1 | EUR - (1 Avro) | 1.9706 |
| 1 | GEL - (1 Gürcüstan larisi) | 0.5417 |
| 1 | GBP - (1 İngiltərə funt sterlinqi) | 2.323 |
| 100 | IRR - (100 İran rialı) | 0.004 |
| 1 | RUB - (1 Rusiya rublu) | 0.0236 |
| 1 | TRY - (1 Türkiyə lirəsi) | 0.186 |