Bu il ölkəmiz gimnastika üzrə daha bir ilkə imza atacaq. Belə ki, 3-5 may tarixlərində Avropa Gimnastikasının təşəbbüsü ilə Azərbaycanda ilk dəfə olaraq bədii gimnastika üzrə Avropa kuboku keçiriləcək.
37 ölkənin ən zərif gimnastika növünün təmsilçilərini bir araya gətirəcək yarış yeni formatı ilə fərqlənəcək.
Milli Gimnastika Arenasında təşkil olunacaq üçgünlük kubokun proqramına əsasən böyük fərdi gimnastlar “çarpaz-qarşılaşmalar” sistemi ilə mübarizə aparacaqlar.
Bununla da onlar təsnifat yarışlarından sonra final mərhələsinə yüksəlmək üçün bir-biriləri ilə yarışacaqlar.
Avropa kubokunda qaliblər fərdi və çoxnövçülük proqramında, eləcə də komanda hesabında müəyyənləşəcək.
Böyüklər və gənclər arasında keçirilən turnir Beynəlxalq Gimnastika Federasiyasına (FIG) üzv olan bütün milli federasiyalar üçün açıqdır.
Yarış həyəcanını bizimlə birgə yaşamaq istəyən gimnastika azarkeşləri biletləri onlayn qaydada https://iticket.az/ saytından və şəhərin kassalarından əldə edə bilərlər.
Biletlərin qiyməti təsnifat yarışlarına 10, final mərhələlərinə isə 15 manat təşkil edir.
Yarış haqda məlumatlar mütəmadi olaraq saytımızda (www.agf.az) yenilənəcək.
Yarışların başlama vaxtı:
3 may: 09:00
4 may: 10:00
5 may: 10:00
Məkan: Milli Gimnastika Arenası
Telefon: (+994 12/51) 566-96-99
Ünvan: Bakı, H.Əliyev pr., 178
Keçid: “Koroğlu” metro stansiyası
Bədii gimnastika üzrə Avropa kubokunda iştirak edəcək tanınmış idmançıların siyahısını təqdim edirik.
Fərdi çıxış proqramı:
Bolqarıstan:
Nikolova Stiliana – dünya çempionatının üçqat gümüş, ikiqat bürünc mükafatçısı, Avropa çempionatının gümüş və üçqat bürünc mükafatçısı.
Kaleyn Boryana - Dünya çempionatının ikiqat gümüş mükafatçısı, Avropa çempionatının üçqat qızıl, üçqat gümüş və dördqat bürünc mükafatçısı
İtaliya:
Raffaeli Sofiya - Ümumdünya Oyunlarının beşqat qalibi, dördqat gümüş və üçqat bürünc mükafatçısı, dünya çempionatının dördqat qalibi, üçqat gümüş mükafatçısı, Avropa çempionatının ikiqat qalibi və ikiqat gümüş mükafatçısı
Baldasarri Milena - dünya çempionatının gümüş və bürünc mükafatçısı
Ukrayna:
Nikolçenko Vlada – dünya çempionatının bürünc mükafatçısı, Avropa çempionatının bürünc mükafatçısı, Avropa oyunlarının ikiqat bürünc mükafatçısı
İsrail:
Atamanov Darya - dünya çempionatının bürünc mükafatçısı, Avropa çempionatının qızıl və üçqat gümüş mükafatçısı
Sloveniya:
Vedeneyeva Yekaterina - dünya çempionatının ikiqat bürünc mükafatçısı, Avropa çempionatının ikiqat bürünc mükafatçısı
Rumıniya:
Draqan Kristina - dünya çempionatının ikiqat bürünc mükafatçısı, Avropa çempionatının gümüş və bürünc mükafatçısı
Qrup hərəkətləri:
Qrup hərəkətləri üzrə Azərbaycan komandası:
Hümmətova Zeynəb - Dünya çempionatının bürünc mükafatçısı, Avropa çempionatının qızıl, gümüş və altıqat bürünc mükafatçısı, Tokio Yay Olimpiya Oyunlarının iştirakçısı
Ağalarzadə Güllü - Dünya çempionatının bürünc mükafatçısı, Avropa çempionatının qızıl və üçqat bürünc mükafatçısı,
Sorokina Darya - Dünya çempionatının bürünc mükafatçısı, Avropa çempionatının qızıl, gümüş və beşqat bürünc mükafatçısı, Tokio Yay Olimpiya Oyunlarının iştirakçısı
Luzan Yelizaveta - Dünya çempionatının bürünc mükafatçısı, Avropa çempionatının qızıl, gümüş və beşqat bürünc mükafatçısı, Tokio Yay Olimpiya Oyunlarının iştirakçısı
Əlimuradova Ləman - Dünya çempionatının bürünc mükafatçısı, Avropa çempionatının qızıl, gümüş və beşqat bürünc mükafatçısı, Tokio Yay Olimpiya Oyunlarının iştirakçısı
Əliyeva Kamilla - Avropa çempionatının qızıl və üçqat bürünc mükafatçısı
Qrup hərəkətləri üzrə Bolqarıstan komandası:
İvanova Sofiya - dünya çempionatının üçqat qızıl mükafatçısı, Avropa çempionatının üçqat qızıl və bürünc mükafatçısı
Petrova Kameliya - dünya çempionatının üçqat qızıl mükafatçısı, Avropa çempionatının üçqat qızıl və bürünc mükafatçısı
Stoyanov Reyçl - dünya çempionatının üçqat qızıl mükafatçısı, Avropa çempionatının üçqat qızıl və gümüş mükafatçısı
Vasileva Marqarita - dünya çempionatının ikiqat qızıl mükafatçısı, Avropa çempionatının qızıl mükafatçısı
Qrup hərəkətləri üzrə İtaliya komandası:
Kentofanti Martina - Tokio-2020 Olimpiya Oyunlarının bürünc mükafatçısı, dünya çempionatının beşqat qalibi, beşqat gümüş və dördqat bürünc mükafatçısı, Avropa çempionatının üçqat qalibi, beşqat gümüş və ikiqat bürünc mükafatçısı
Maurelli Alessiya - Tokio-2020 Olimpiya Oyunlarının bürünc mükafatçısı, dünya çempionatının dördqat qalibi, altıqat gümüş və ikiqat bürünc mükafatçısı, Avropa çempionatının üçqat qalibi, altıqat gümüş və ikiqat bürünc mükafatçısı
Mogurin Daniela - Tokio-2020 Olimpiya Oyunlarının bürünc mükafatçısı, dünya çempionatının üçqat qalibi, dördqat gümüş və ikiqat bürünc mükafatçısı, Avropa çempionatının ikiqat qalibi, üçqat gümüş və ikiqat bürünc mükafatçısı
Paris Laura - dünya çempionatının üçqat qalibi, dördqat gümüş və ikiqat bürünc mükafatçısı, Avropa çempionatının ikiqat qalibi, ikiqat gümüş və ikiqat bürünc mükafatçısı
Russo Alessiya - dünya çempionatının üçqat bürünc mükafatçısı, Avropa çempionatının bürünc mükafatçısı
Anyezi Duranti - dünya çempionatının ikiqat bürünc mükafatçısı, Avropa çempionatının bürünc mükafatçısı
Qrup hərəkətləri üzrə İsrail komandası:
Şaham Ofir - dünya çempionatının ikiqat qızıl və ikiqat gümüş mükafatçısı, Avropa çempionatının qızıl və ikiqat gümüş mükafatçısı
Poritzki Romi - dünya çempionatının ikiqat qızıl və ikiqat gümüş mükafatçısı, Avropa çempionatının qızıl və ikiqat gümüş mükafatçısı
Fridmen Adar - dünya çempionatının ikiqat qızıl və ikiqat gümüş mükafatçısı, Avropa çempionatının qızıl və ikiqat gümüş mükafatçısı
Bakanov Şani - dünya çempionatının ikiqat qızıl və ikiqat gümüş mükafatçısı, Avropa çempionatının qızıl və ikiqat gümüş mükafatçısı
Svertsov Diana - dünya çempionatının ikiqat qızıl və ikiqat gümüş mükafatçısı, Avropa çempionatının qızıl və ikiqat gümüş mükafatçısı