İdman

gimnastikadan

başlayır

Bədii gimnastika üzrə 29-cu Azərbaycan çempionatı

Bədii gimnastika üzrə 29-cu Azərbaycan çempionatı

Yarış haqqında

Baharın yurdumuza qədəm qoyduğu mart ayında Milli Gimnastika Arenası öz qapılarını bədii gimnastların üzünə açacaq.
Belə ki, ən zərif gimnastika növünün nümayəndələri  21-23 mart tarixlərində bədii gimnastika üzrə 29-cu Azərbaycan çempionatında qüvvələrini sınayacaqlar.
Yarışda "Ocaq Sport" Klubu, Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, “Grasiya” İdman Klubu,  Kür Olimpiya Tədris Idman Mərkəzi, Gəncə Olimpiya İdman Klubu, Zirə Mədəniyyət Mərkəzi və Sumqayıt Olimpiya İdman Kompleksindən gimnastlar qüvvələrini sınayacaqlar.
Çempionatda 2011-ci il təvəllüdlü yeniyetmələr, 2009-2010-ci il təvəllüdlü gənclər və 2008-ci il və daha böyük təvəllüdlü idmançılar fərdi proqramda qüvvələrini sınayacaqlar.
Gənclər arasında qrup hərəkətləri komandaları (2009-2011-ci il) 5 halqa və 5 cüt gürz (gənclər) proqramında proqramlarını nümayiş etdirəcəklər.
Zərif gimnastların parlaq və rəngarəng çıxışlarını izləmək istəyən tamaşaçılar biletləri onlayn qaydada https://iticket.az/ saytından və şəhərin kassalarından əldə edə bilərlər.
Biletlərin qiyməti 7 manat təşkil edir.


Yarışlar hər gün saat 12:00-da başlayacaq.

Məkan: Milli Gimnastika Arenası
Telefon: (+994 12/51) 566-96-99
Ünvan: Bakı, H.Əliyev pr., 178
Keçid: “Koroğlu” metro stansiyası

 

Vacib sənədlər

Faydalı məlumatlar

Nəticələr