İdman

gimnastikadan

başlayır

Bədii Gimnastika üzrə FIG Dünya Kuboku AGF TROPHY

Bədii Gimnastika üzrə FIG Dünya Kuboku AGF TROPHY

Yarış haqqında

Gimnastikanın ən sevimli növlərindən olan, özündə zəriflik və incəsənətlə bərabər güc, cəsarət və qətiyyəti tərənnüm edən bədii gimnastika təmsilçiləri yenidən paytaxtımızın qonağı olacaqlar.

Belə ki, Bakı 6-cı dəfə bədii gimnastika üzrə Dünya Kubokuna ev sahibliyi etməyə hazırlaşır. 2018-ci ilin 27-29 aprel tarixlərində baş tutacaq turnirdə 26 ölkədən 127 gimnastın iştirakı gözlənilir. Onlardan 44 nəfəri fərdi proqramda, 83 nəfəri isə qrup komandalarının tərkibində çıxış edəcəklər.

Yarışların ilk iki günü fərdi gimnastlar və qrup hərəkətləri komandaları təsnifat mərhələsində öz güclərini sınayacaqlar. Bu mərhələnin nəticəsindən asılı olaraq hər iki proqram üzrə çoxnövçülükdə qaliblər və ayrı-ayrı alətlər üzrə finala vəsiqə qazanmış gimnastların adları müəyyənləşəcək.

Yarışların son günü baş tutacaq final mərhələsində isə ən güclü 8 fərdi gimnast və 8 qrup hərəkətləri komandası birincilik uğrunda mübarizə aparacaqlar.

Turnirdə həmçinin, ən yüksək icra xalını toplamış gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” Kuboku təqdim olunacaq.

Maraqlı və zövglü gimnastika yarışlarına biletləri Arenanın kassasından, həmçinin 28 Mall və Gənclik Mall alış-veriş mərkəzlərindən əldə edə bilərsiniz. Təsnifat günləri üçün biletlərin qiyməti 10 və 15 manat, final günü üçün isə 15 və 20 manat təşkil edir.

Yarışlar haqda daha ətraflı məlumatı federasiyanın saytından əldə edə bilərsiniz.
 
Məkan: Milli Gimnastika Arenası
Telefon: (+994 12/51) 566-96-99 
Ünvan: Bakı, H.Əliyev pr., 178
Keçid: “Koroğlu” metro stansiyası  

https://ticketing.mga.az/

Faydalı məlumatlar

Şirkət Telefon Min. məbləğ
Uber Google Play, App Store 1.60 AZN
Ailə Taksi *8555 2.40 AZN
Maxim *2111 1.00 AZN
Salam Taksi *9933 1.80 AZN
Bolt (Taxify) Google Play, App Store 1.50 AZN
Xanımların xətti 149
Ulduz Taxi *5000 1.00 AZN
Taxi 158 158 2.20 AZN
Zərif Taksi *7177 3.00 AZN
Alo Taxi *1050 1.50 AZN
Bakı Taksi Xidməti 1414 3.00 AZN
Nominal Adı Dəyəri
1 USD - (1 ABŞ dolları) 1.7
1 EUR - (1 Avro) 1.9706
1 GEL - (1 Gürcüstan larisi) 0.5417
1 GBP - (1 İngiltərə funt sterlinqi) 2.323
100 IRR - (100 İran rialı) 0.004
1 RUB - (1 Rusiya rublu) 0.0236
1 TRY - (1 Türkiyə lirəsi) 0.186

İştirakçılar

KIROI-BOGATYREVA Alexandra

GILL Ashari

BAYRAMOVA Ayshan

DOMAN Diana

HUMMATOVA Zeynab

PASHAYEVA Aliya

VASILEVA Siyana

AGHAMIROVA Zohra

HUDIS Veronika

HAIDUKEVICH Hanna

MATSKEVICH Lalita

MISIUCHENKA Dziyana

RYBAKOVA Anastasiya

SHVAIBA Hanna

HARNASKO Alina

HALKINA Katsiaryna

MIYAMOTO Mariany

ALEKSANDROVA Teodora

BINEVA Elena

DYANKOVA Simona

RADUKANOVA Madlen

TRAETS Laura

VLADINOVA Neviana

TASEVA Katrin

KIRYAKOVA Stefani

BELITTCHENKO Elizabet

PANOV Vanessa

SHANKO Anastasia

UDACHINA Alexandra

ZILYUK Alexandra

UCHIDA Katherine

WHELAN Carmen

JERABKOVA Tereza

KOZOVA Andrea

NEMECKOVA Daniela

PESLOVA Daniela

CHAMZINA Alina

HADACOVA Denisa

PLCHOVA Adela

KUCEROVA Natalie

JAEE Helena

KUKSOVA Vasilina

REISKA Carmely

SUSI Maria

TEINO Lera

TROFIMOV Maria

NAEREVAARA Milja

OIKARI Ada

RANTALA Emma

VAINIO Juulia

VIRKKUNEN Amanda

GERGALO Rebecca

RIF Inessa

ORA Inka

VALIEVA Elina

PAZHAVA Salome

PIGNICZKI Fanni

KIS Alexandra

BEN RUBY Shai

DAYAN Ofir

SHAPOCHNIKOV Bar

TOLEDO Eli

VEXMAN Karin

ASHRAM Linoy

KRAMARENKO Yana

BASTA Anna

CENTOFANTI Martina

CICCONCELLI Letizia

DURANTI Agnese

MAURELLI Alessia

SANTANDREA Martina

BALDASSARRI Milena

AGIURGIUCULESE Alexandra

MATSUBARA Rie

NOSHITANI Sakura

ODA Riko

SUGIMOTO Sayuri

SUZUKI Ayuka

YOKOTA Kiko

MINAGAWA Kaho

GRUZDEVA Veronika

LAZAREVA Jana

LAZAREVA Anna

LEINA Arina

SIDOROVA Jekaterina

MIZUNE Karolina

DJOMINA Jekaterina

SCHRODER Grace

WISNIEWSKA Natalia

KOZIOL Natalia

ZACREVSCHI Anastasia

FILIORIANU Ana Luiza

MAILAT Denisa

BERKUTOVA Anna

KRAVTSOVA Mariia

LEVANOVA Evgeniia

POLIAKOVA Kseniia

SHISHMAKOVA Anastasia

AVERINA Dina

AVERINA Arina

TOLKACHEVA Maria

ZOREC Iza

BEREZINA Polina

LLANA Sara

DEMIRORS Derya

TUNCEL Kamelya

BYKHNO Alina

KHANINA Valeriya

KOBETS Daria

MYZHERYTSKA Diana

VOZNYAK Anastasiya

YUZVIAK Valeriya

NIKOLCHENKO Vlada

DIACHENKO Olena

BALTOVICK Daria

CONNOR Isabelle

DRAGUNAS Ugne

DU Connie

SLADKOV Nicole

ZENG Laura

MIZUNO Lili

RAKHMONOVA Sabrina

Bakı

Bakıda görməli olduğunuz 10 yer

Şirvanşahlar Sarayı

İşərişəhərdə şəhər divarlarının arxasında yerləşən saray Bakının ən qədim simvollarından biridir. XV əsrdə tikilmiş bu saray, Şirvanşahlar dövründə paytaxt Bakıda bir neçə ən yaxşı qədim binadan biri sayılırdı. 2000-ci ildə YUNESKO-nun Dünya İrsi Saytlar siyahısına daxil edilib.

 

Qız qalası

Qız Qalası sirr və əfsanələrlə dolu bir abidədir. Bakının ən möhtəşəm abidəsi İçəri Şəhər qalasının cənub-şərq hissəsində yüksəlir. Azərbaycan memarlığının bu bənzərsiz abidəsinin Şərqdə heç bir analoqu yoxdur. Bakının simvolu 2000-ci ilin dekabr ayında UNESCO-nun Dünya Mədəni İrsi siyahısına daxil edilmişdir.

 

Tarix Muzeyi

Milli Azərbaycan Tarixi Muzeyinin yerləşdiyi bina məşhur sahibkar, xeyriyyəçi Hacı Zeynal Abdin Tağıyevin və ailəsinin yaşayış evi olub. Bakı şəhərinin baş memarı olmuş İosif Vikentyeviç Qoslavskinin (1865-1904) layihəsi əsasında inşa edilən Tağıyev sarayı Bakının ən gözəl binalarından biridir. 

 

Bulvar

Bulvar Bakının mütləq görülməyə dəyər məkanıdır.Həmçinin Dənizkənarı Milli Park kimi tanınır və bir çox paytaxt sakinləri və qonaqların sevimli gəzinti yeridir. Onun yaradılması tarixi 100 ildən də əvvələ gedib çıxır. Qonaqlar şəhərin gözəlliyi və işıqlandırma sistemi, gözəl landşaft dizaynı, kölgəli xiyabanlar, rahat kafeləri, uşaqlar və böyüklər üçün çoxlu əyləncə və oyun zallarına heyran qalır.

 

Atəşgah

Çox zaman "Bakının Od məbədi" adlandırılan Bakı Atəşgahı Suraxanı qəsəbəsində qalaya bənzər dini məbəddir. Fars və hind kitabələrinə əsasən məbəd hindli və zərdüştilər tərəfindən səcdəgah kimi istifadə edilmişdir. 

 

Heydər Əliyev Mərkəzi

Heydər Əliyev Mərkəzi müasir Bakının imicini təmsil edən əzəmətli bir binadır. Binaya məşhur memar Zaha Hadid dizayn vermişdir və müasir memarlıq abidələrindən biri olan bu binanı həqiqətən görməyə və içərisini gəzməyə dəyər. 

 

Qobustan 

Qobustan tarixi 40000 il əvvələ gedib çıxan qayaüstü rəsmləri ilə məşhurdur. Bu yer Azərbaycanda insanların ilkin məskən saldığı məkanlardan biri hesab olunur. Bu qədim yerdə siz qədim insanların ov və rəqs səhnələri, dülgərlik kimi fəaliyyətlərini və qayalar üzərində heyvan rəsmlərini görə bilərsiniz. 

 

Yanar Dağ

Yanar Dağ Bakıdan 25 km şimalda yerləşir. Buranı ziyarət etmək üçün ən maraqlı səbəb odur ki, dağ davamlı olaraq yanır və heç vaxt sönmür. Alov torpağın altındakı qaz ehtiyatlarından gəlir və onu yandırmaq üçün heç bir borudan istifadə eilməyib.

 

Bibi-Heybət məscidi

Bakı buxtasının aşağı cənub hissəsinə yollandıqda Bibi-Heybət məscidini nəzərdən qaçırmaq mümkün deyil; ənənəvi dalğavari, sinklənmiş dəmir formalı köhnə məscid və iki minarənin yanında üç qübbəli, müasir üslubda bərpa edilmiş məscid Şirvan memarlıq məktəbinin klassik nümunəsidir. 

 

Azərbaycan Xalça Muzeyi

Azərbaycan Xalça Muzeyində Azərbaycan xalçaçılığının müxtəlif dövrlərə aid toxuculuq texnikaları və materialları nümayiş etdirilir. Yarandığı zaman xalçaçılıq sənətinə həsr edilmiş yeganə muzey olub. Latif Kərimov adını daşıyan muzey dünyada ən böyük Azərbaycan xalça kolleksiyasına malikdir.