İdman

gimnastikadan

başlayır

Batut Gimnastikası və Tamblinq üzrə FIG Dünya Kuboku, AGF Trophy 2019

Batut Gimnastikası və Tamblinq üzrə FIG Dünya Kuboku, AGF Trophy 2019

Yarış haqqında

Azərbaycan Gimnastika Federasiyası 2019-cu ilin 16-17 fevral tarixlərində Batut gimnastikası və tamblinq üzrə ilin ilk Dünya Kubokuna hazırlaşır.

Yarışlara qeydiyyat siyahısına əsasən Kubokda 30 ölkənin 200-ə yaxın gimnastının mübarizə aparacağı gözlənilir. Qeyd edək ki, 2019 və 2020-ci illərdə Tokio Olimpiya Oyunlarına batut gimnastikası üzrə təsnifat xarakterli 6 Dünya Kuboku keçiriləcək. Paytaxtımız isə bu kuboklardan ikisinə (2019, 2020) ev sahibliyi edəcək.

Xatırladaq ki, ötən il Bakıda 26 ölkənin iştirakı ilə gimnastikanın bu növü üzrə Avropa çempionatı, daha öncəki illərdə isə Dünya Kubokları (2016-cı il 17 ölkə, 2017-ci il 15 ölkə) keçirilmişdir. Bu il baş tutacaq yarışa  marağın səbəbi isə kubokun təsnifat xarakterli olmasından irəli gəldiyini demək olar.

Bu Kubokda iştirak edəcək gimnastların adları da artıq açıqlanıb. Belə ki, Tokio Olimpiyadasına təsnifat xarakteri daşıyan və batutçular üçün ilin ən vacib startlarından biri olan bu Dünya Kubokunda Qonçarov Vladislav, Maklennan Rosannah, Burinet Ceyson, Donq Donq, Gao Ley, Uşakov Dmitriy və Peyc Brioni kimi olimpiya ulduzları mübarizə aparacaq. Bakı tamaşaçısı isə ilk dəfə olaraq, Milli Gimnastika Arenasında bu qədər sayda olimpiya mükafatçılarının möhtəşəm çıxışlarını canlı izləyə biləcəklər.  

Ölkəmizi isə  batut yarışlarında qadınlar arasında sinxron proqramda son Avropa Çempionatının gümüş medalçısı Veronika Zemlyanaya, kişilər arasında sinxron və fərdi proqramlarda Ruslan Ağamirov, İlya Qrişunin, Oleq Piunov və tamblinq cığırında Avropa Çempionumuz (2018-ci il) Mixail Malkin təmsil edəcəklər.

İki gün davam edəcək yarışların ilk günü təsnifat mərhələləri, ikinci günü isə final mərhələləri baş tutacaq.

Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunacaq.

Biletləri Arenanın kassasından, həmçinin onlayn https://ticketing.mga.az/ əldə edə bilərsiniz ​. Təsnifat günü üçün biletlərin qiyməti 10 manat, final günü üçün isə 15 manat təşkil edir.

Yarışlar haqda məlumatlar mütəmadi olaraq saytımızda yenilənəcək.

Yarışların başlama vaxtı:

16 fevral -  10:00

17 fevral – 12:00

Məkan: Milli Gimnastika Arenası

Telefon: (+994 12/51) 566-96-99

Ünvan: Bakı, H.Əliyev pr., 178

Keçid: “Koroğlu” metro stansiyası 

 

 

https://ticketing.mga.az/

 

 

 

Faydalı məlumatlar

Şirkət Telefon Min. məbləğ
Uber Google Play, App Store 1.60 AZN
Ailə Taksi *8555 2.40 AZN
Maxim *2111 1.00 AZN
Salam Taksi *9933 1.80 AZN
Bolt (Taxify) Google Play, App Store 1.50 AZN
Xanımların xətti 149
Ulduz Taxi *5000 1.00 AZN
Taxi 158 158 2.20 AZN
Zərif Taksi *7177 3.00 AZN
Alo Taxi *1050 1.50 AZN
Bakı Taksi Xidməti 1414 3.00 AZN
Nominal Adı Dəyəri
1 USD - (1 ABŞ dolları) 1.7
1 EUR - (1 Avro) 1.9706
1 GEL - (1 Gürcüstan larisi) 0.5417
1 GBP - (1 İngiltərə funt sterlinqi) 2.323
100 IRR - (100 İran rialı) 0.004
1 RUB - (1 Rusiya rublu) 0.0236
1 TRY - (1 Türkiyə lirəsi) 0.186

İştirakçılar

MESSATFA Redha

CLARKE Dominic

RUTHERFORD Blake

THOMAS Aiden

SWADLING Shaun

WARD Kira

HOARE Cassandra

KIERATH Eva

ARTHUR Claire

AGHAMIROV Ruslan

PIUNOV Oleg

GRISHUNIN Ilya

ZEMLIANAIA Veronika

MALKIN Mikhail

HANCHAROU Uladzislau

RABTSAU Aleh

LITVINOVICH Ivan

ZHUK Artsiom

HANCHAROVA Hanna

PIATRENIA Tatsiana

MAKHARYNSKAYA Maryia

KHATSIAN Anhelina

LYINYKH Mikita

GOMES Camilla

GOMES Alice

MIHALEV Mariyan

YORDANOV Ivelin

PENEVA Mariela

PENEVA Hristina

SOEHN Keegan

BURNETT Jason

CHARTIER Jérémy

SMITH Samantha

METHOT Sophiane

MILETTE Sarah

MACLENNAN Rosannagh

SUELT Adam

FRYDRYCHOVA Zita

PETERSEN Teis

KJAER Benjamin

MORANTE Allan

MARTINY Sebastien

RENAULT Brendan

VIVIANI Mikael

LABROUSSE Léa

JURBERT Marine

BRECHE Anais

FOURNEX Theo

KOSHKADZE Tengizi

GOLOVINA Luba

FRITZSCHE Lars

VOGEL Fabian

PFLEIDERER Matthias

SONN Kyrylo

MUELLER Silva

ADAM Leonie

STRONG Luke

GALLAGHER Laura

PAGE Bryony

DRISCOLL Katherine

KOUTAVAS Apostolos

KASAPOGLOU Lila

CANNONE Flavio

ALOI Dario

LAVINO Marco

SOTOMURA Tetsuya

UEYAMA Yasuhiro

KISHI Daiki

MORI Hikaru

UYAMA Megu

DOIHATA Chisato

SATAKE Reina

FUJITA Ryunosuke

ISHIKAWA Yamato

KISHI Ayano

TAKAGI Yumi

SAKAI Ryosuke

ALIYEV Pirmammad

MUSSABAYEV Danil

GRACHYOV Igor

TUSSUPOV Daniyar

ROMAKHOV Alexandr

IMAMOV Zukhriddin

YUSSUPOV Rustam

LOZANO Amado

CHAVEZ Ivan

RODRIGUEZ Victor

NAVARRO LOZA Dafne

FLORES Melissa

MARISCAL Katia

SCHMIDT Dylan

DAVIDSON Madaline

KENNEDY Alexa

DONG Dong

TU Xiao

XIAO Jinyu

LIU Lingling

ZHU Xueying

ZHU Shouli

LIN QIANQI

LIU Changxin

FAN xinyi

GAO Lei

WANG Xiaoyin

HUANG Yanfei

WYSKIEL Maciej

JAWORSKI Lukasz

ZAKRZEWSKI Artur

SWITALSKA Magdalena

GANCHINHO Diogo

ABREU Diogo

FERREIRA Pedro

SANTOS Ricardo

MARTINS Beatriz

MARIANITO NUNES Catarina

CORREIA Sofia

AZARIAN Sergei

MELNIK Mikhail

USHAKOV Dmitrii

YUDIN Andrey

KOCHESOK Susana

KUNDIUS Irina

LEBEDEVA Iana

PAVLOVA Yana

AFANASEV Vadim

MANIN Mikhail

SHLYAKIN Maxim

MARTIN Jorge

VILARASAU Robert

CHAVARRIA Marina

ROMERO ROSARIO Noemi

SAINZ Cristina

RODRIGUEZ Melania

SMITH Oscar

HOLGERSSON Felix

SJOEBERG Lina

CHILO Fanny

BUYUKARSLAN Dogukan

GURER Mert

MUTLU Gurkan

AYDIN Sude

PROSTOROV Mykola

IVANSKYI Mykyta

ROZHKO Dmytro

DAVYDENKO Anton

KYIKO Maryna

MALKOVA Svitlana

TUVAKBAIEVA Diana

KLIUCHNYK Diana

VOITIV Vitalii

CHUPRYNA Ivan

MAMCHUR Alina

KOZIARSKA Daryna

GESUELLI Cody

GLUCKSTEIN Jeffrey

ROWLEY Isaac

SHOSTAK Aliaksei

SIMPSON Olivia

STEVENS Jessica

WEBSTER Cheyenne Sarah

OH Alyssa

OLIMJONOV Mokhirbek

USMONOV Samirbek

RUZIEVA Farangiz

Nəticələr