Azərbaycan Gimnastika Federasiyası yay aylarına bədii gimnastika üzrə turnirlə yekun vuracaq.
Belə ki, 18-19 avqust tarixlərində Milli Gimnastika Arenasında bədii gimnastika üzrə “GymBala” adlı beynəlxalq turnir keçiriləcək.
İki gün davam edəcək yarışlarda fərdi proqramda 2011-2013, 2008-2010, 2006-2007, 2003-2005-ci il təvəllüdlü, qrup hərəkətləri proqramında isə 2011-2013, 2008-2010, 2006-2007 və 2003-2005-ci il təvəllüdlü gimnastlar çıxış edəcək.
Təcrübəli gimnastlarla yanaşı, daha az yaşlı gimnastların da çıxış edəcəyi turnirdə iştirakçılar həm çöxnövçülük, həm də ayrı-ayrı alətlər üzrə medallar uğrunda mübarizə aparacaqlar.
Yayın son gimnastika yarışında Bakı Gimnastika Məktəbi, "Ocaq Sport" Klubu, "AyUlduz" Klubu, Sərhədçi İOM, "Zirvə" İdman Klubu, o cümlədən Sumqayıt, Zirə, Qusar, Gəncə, Mingəçevir, İsmayıllı, Göyçay, Şağan, Zaqatala, Zabrat, Şirvan təmsilçiləri ilə yanaşı, Qazaxıstan, Ukrayna və Misirdən olan ümumilikdə 130-dan çox gimnastın da iştirak edəcəyi gözlənilir.
Yarışlara biletləri Arenanın kassasından əldə edə bilərsiniz. Biletlərin qiyməti 5 manatdır.
Yarışlar haqda yenilənmiş ətraflı məlumatı yaxın günlərdə federasiyanın internet səhifəsindən əldə edə bilərsiniz.
Yarışların başlama vaxtı: 11:00
Məkan: Milli Gimnastika Arenası
Telefon: (+994 12/51) 566-96-99
Ünvan: Bakı, H.Əliyev pr., 178
Keçid: “Koroğlu” metro stansiyası
Şirkət | Telefon | Min. məbləğ |
---|---|---|
Uber | Google Play, App Store | 1.60 AZN |
Ailə Taksi | *8555 | 2.40 AZN |
Maxim | *2111 | 1.00 AZN |
Salam Taksi | *9933 | 1.80 AZN |
Bolt (Taxify) | Google Play, App Store | 1.50 AZN |
Xanımların xətti | 149 | |
Ulduz Taxi | *5000 | 1.00 AZN |
Taxi 158 | 158 | 2.20 AZN |
Zərif Taksi | *7177 | 3.00 AZN |
Alo Taxi | *1050 | 1.50 AZN |
Bakı Taksi Xidməti | 1414 | 3.00 AZN |
Nominal | Adı | Dəyəri |
---|---|---|
1 | USD - (1 ABŞ dolları) | 1.7 |
1 | EUR - (1 Avro) | 1.9706 |
1 | GEL - (1 Gürcüstan larisi) | 0.5417 |
1 | GBP - (1 İngiltərə funt sterlinqi) | 2.323 |
100 | IRR - (100 İran rialı) | 0.004 |
1 | RUB - (1 Rusiya rublu) | 0.0236 |
1 | TRY - (1 Türkiyə lirəsi) | 0.186 |