İdman

gimnastikadan

başlayır

Bədii Gimnastika üzrə Açıq Azərbaycan Birinciliyi və Bölgələrarası Kuboka Mingəçevir şəhəri ev sahibliyi edəcək

Bədii Gimnastika üzrə Açıq Azərbaycan Birinciliyi və Bölgələrarası Kuboka Mingəçevir şəhəri ev sahibliyi edəcək

Yarış haqqında

Bədii Gimnastika üzrə Açıq Azərbaycan Birinciliyi və Bölgələrarası Kuboka Mingəçevir şəhəri ev sahibliyi edəcək

Ən zərif gimnastika növünün nümayəndələri bu dəfə Mingəçevir şəhərində toplaşacaqlar. Belə ki, 18-19 noyabr tarixlərində bu şəhərdə bədii gimnastika üzrə 23-cü Azərbaycan Birinciliyi və 3-cü Bölgələrarası Kubok keçiriləcəkdir.

İki gün davam edəcək yarışlarda “balacalar” (2006-2008), “yeniyetmələr” (2004-2005) və “gənclər” (2001-2003) yaş kateqoriyasında 103 fərdi gimnast və 9 qrup komandası iştirak edəcək. Onlar Ocaq Sport Klubu, Respublika Kompleks İdman Məktəbi, Bakı Gimnastika Məktəbi, Sərhədçi İdman Olimpiya Mərkəzi, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyəti, Gömrükçü İdman Klubunu, o cümlədən, Təhsil Respublika İdman Məktəbinin Sumqayıt filialı, Xırdalan şəhərinin Zirvə Klubunu, Gəncə və Qusar şəhərlərini, Kürdəmir və İsmayıllı rayonlarını təmsil edəcəklər. 

Yarışlarda:

balaca gimnastlar - alətsiz, ip, halqa ilə;

“yeniyetmələr” - halqa, top, gürzlər və lentlə;

“gənclər” - ip, halqa, top və gürzlərlə çıxışlar nümayiş etdirəcəklər.

Fərdi gimnastların ardınca mübarizəyə qrup hərəkətləri komandaları qatılacaqlar. Təsadüfi deyil ki, yüksək təşkilatçılığı, maraqlı və rəngarəng proqramı ilə seçilən gimnastika yarışları xarici gimnastları da özünə laqeyd buraxmır. Bu dəfə turnirdə yerli gimnastlarımızla yanaşı, Ukrayna və Qazaxıstandan təşrif buyurmuş idmançılar da çıxış edəcəklər. Yarışların hər iki günü isə gimnastlarımız yarış gərginliyindən uzaqlaşaraq, öz nümunəvi  çıxışları ilə tamaşaçıları sevindirəcəklər.

Yarışları CBC Sport TV kanalında və Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytında (www.agf.az) canlı yayım vasitəsilə izləmək mümkün olacaqdır.

Yarışlar haqqında ətraflı məlumatı federasiyanın internet səhifəsindən əldə edə bilərsiniz.

Yarışlara giriş sərbəstdir.

Yarışların başlama vaxtı: 12:00

Məkan: Mingəçevir şəhəri, "Kür" Olimpiya Tədris-İdman Mərkəzi 

İ.İslamzadə küç, 98a.

Faydalı məlumatlar

Şirkət Telefon Min. məbləğ
Uber Google Play, App Store 1.60 AZN
Ailə Taksi *8555 2.40 AZN
Maxim *2111 1.00 AZN
Salam Taksi *9933 1.80 AZN
Bolt (Taxify) Google Play, App Store 1.50 AZN
Xanımların xətti 149
Ulduz Taxi *5000 1.00 AZN
Taxi 158 158 2.20 AZN
Zərif Taksi *7177 3.00 AZN
Alo Taxi *1050 1.50 AZN
Bakı Taksi Xidməti 1414 3.00 AZN
Nominal Adı Dəyəri
1 USD - (1 ABŞ dolları) 1.7
1 EUR - (1 Avro) 1.9706
1 GEL - (1 Gürcüstan larisi) 0.5417
1 GBP - (1 İngiltərə funt sterlinqi) 2.323
100 IRR - (100 İran rialı) 0.004
1 RUB - (1 Rusiya rublu) 0.0236
1 TRY - (1 Türkiyə lirəsi) 0.186

İştirakçılar

Nəticələr