İdman

gimnastikadan

başlayır

Tamblinq üzrə 20-ci Azərbaycan çempionatı və Bakı birinciliyi

Tamblinq üzrə 20-ci Azərbaycan çempionatı və Bakı birinciliyi

Yarış haqqında

Azərbaycan Gimnastika Federasiyası yerli yarışlar mövsümünü tamblinq üzrə 20-ci Azərbaycan çempionatı və Bakı birinciliyi ilə davam etdirir. Martın 13-də ənənəvi yarış məkanı olan Milli Gimnastika Arenasında gimnastikasevərlər tamblinqçilərin maraqlı çıxışlarını izləmək imkanı əldə edəcəklər.

Yarışlar həm kişilər, həm də qadınlar arasında təşkil olunacaq.

İdmançılar uşaqlar (2014-2016-cı il), yeniyetmələr (2012-2013-cü il), gənclər (2008-2011-ci il) və böyüklər (2007-ci il və daha böyük) yaş kateqoriyaları üzrə mübarizə aparacaqlar. Bu növ üzrə yarışda qaliblər təsnifat mərhələsində 2 çıxışın cəminə əsasən müəyyənləşəcək. Ətraflı məlumat mütəmadi olaraq saytımızda (www.agf.az) yenilənəcək.


Yarışa giriş sərbəstdir.
Başlama vaxtı: 12:00
Məkan: Milli Gimnastika Arenası
Telefon: (+994 12/51) 566-96-99
Ünvan: Bakı, H.Əliyev pr., 178
Keçid: “Koroğlu” metro stansiyası

Vacib sənədlər

Faydalı məlumatlar

İştirakçılar

Nəticələr