İdman

gimnastikadan

başlayır

Çempionlar bəlli oldu

13 mart 2024

Çempionlar bəlli oldu

Milli Gimnastika Arenasında yarışlar bir-birini əvəz edir.
Bu gün tamblinqçilər 20-ci Azərbaycan çempionatı və Bakı birinciliyində qüvvələrini sınayıblar. Yarışda Bakı Gimnastika Məktəbi, “Neftçi” İdman Klubu, 13 Nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbini təmsil edən 33 idmançı çempionluq uğrunda mübarizə aparıb.
Əvvəlcə 2014-2016-cı il təvəllüdlü uşaqlar tamblinq cığırında məharətlərini nümayiş etdiriblər. Daha sonra 2012-2013-cü il təvəllüdlü yeniyetmələr arasında qaliblər müəyyənləşib.
Onların ardınca gənclər (2008-2011-ci il) və böyüklər (2007-ci il və daha böyük) yaş kateqoriyaları üzrə ölkə çempionlarının adları bəlli olub.
İdmançıların nəticələri barədə məlumatlar ətraflı www.agf.az saytından əldə edə bilərsiniz.