İdman

gimnastikadan

başlayır

Bədii gimnastika üzrə 18-ci Azərbaycan birinciliyi və Bakı çempionatı

Bədii gimnastika üzrə 18-ci Azərbaycan birinciliyi və Bakı çempionatı

Yarış haqqında

Noyabrın 18-19-da Şağan qəsəbəsindəki Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə 18-ci Azərbaycan birinciliyi və Bakı çempionatı keçiriləcək. Yarışlarda 5 yaş qrupuna (1996-1998, 1999-2000, 2001, 2002 və 2003-cü il təvəllüdlü) bölünəcək 110 gimnast iştirak edəcək. Gimnastlar həm çoxnövçülükdə, həm də ayrı-ayrı növlərdə medallar uğrunda mübarizə aparacaqlar. "Neftçi" və Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi və "Spartak", DİN-in İdman Cəmiyyəti və "Sərhədçi", "Zirvə", "Təhsil" və "Start"ın gimnastları ilə yanaşı, Gəncə, Sumqayıt və Xırdalan idmançıları da iştirak edəcəklər. Turnirə marağın artmasına səbəblərdən biri də odur ki, yarış ilk dəfə Şağan qəsəbəsində keçiriləcək. Azərbaycan Gimnastika Federasiyası yarışları müxtəlif arenalarda keçirmək təcrübəsinə malikdir və bununla bağlı xatırlatmaq lazımdır ki, sonuncu ölkə çempionatı Qusar Olimpiya İdman Kompleksində uğurla təşkil edilib. Yeri gəlmişkən, Azərbaycanın bu şimal regionunun gənc gimnastları, Şağan və Hövsandan olan idmançıları ilə yanaşı, Qala-konsertdə nümunəvi çıxışlarla iştirak edəcəklər.

Yarışlar saat 11.00-da başlanır Məkan: Şağan Olimpiya İdman Kompleksi Ünvan: Şağan qəsəbəsi, N. Məmmədov küç., 1a

 

Faydalı məlumatlar

Şirkət Telefon Min. məbləğ
Uber Google Play, App Store 1.60 AZN
Ailə Taksi *8555 2.40 AZN
Maxim *2111 1.00 AZN
Salam Taksi *9933 1.80 AZN
Bolt (Taxify) Google Play, App Store 1.50 AZN
Xanımların xətti 149
Ulduz Taxi *5000 1.00 AZN
Taxi 158 158 2.20 AZN
Zərif Taksi *7177 3.00 AZN
Alo Taxi *1050 1.50 AZN
Bakı Taksi Xidməti 1414 3.00 AZN
Nominal Adı Dəyəri
1 USD - (1 ABŞ dolları) 1.7
1 EUR - (1 Avro) 1.9706
1 GEL - (1 Gürcüstan larisi) 0.5417
1 GBP - (1 İngiltərə funt sterlinqi) 2.323
100 IRR - (100 İran rialı) 0.004
1 RUB - (1 Rusiya rublu) 0.0236
1 TRY - (1 Türkiyə lirəsi) 0.186

Proqram

 

11.00 – 11.05 Hakimlərin təqdimatı
11.05 – 12.30 2003-cü il təvəllüdlü gimnastlar, A qrupu (alətsiz, ip, top)
12.30 – 14.55 2003-cü il təvəllüdlü gimnastlar, B qrupu (alətsiz, ip, top)
15.00 – 15.15 Açılış və mükafatlandırma mərasimləri
15.15 – 15.30 Fasilə
15.30 – 17.00 2002-ci il təvəllüdlü gimnastlar, A qrupu (alətsiz, ip, top)
17.00 – 18.30 2002-ci il təvəllüdlü gimnastlar, B qrupu (alətsiz, ip, top)
18.30 – 18.45 Mükafatlandırma mərasimi
18.45 – 20.00 2001-ci il təvəllüdlü gimnastlar, A qrupu (alətsiz, ip, top)
20.00 – 21.15 2001-ci il təvəllüdlü gimnastlar, B qrupu (alətsiz, ip, top)
21.15 Mükafatlandırma mərasimi

 

11.00 – 11.05 Hakimlərin təqdimatı
11.05 – 12.25 1999-2000-ci il təvəllüdlü gimnastlar, A qrupu (halqa, top, lent)
12.25 – 14.00 1999-2000-ci il təvəllüdlü gimnastlar, B qrupu (halqa, top, lent)
14.00 – 14.15 Fasilə
14.15 – 15.40 1999-2000-ci il təvəllüdlü gimnastlar, C qrupu (halqa, top, lent)
15.40 – 16.00 Fasilə
16.00 – 17.20 1996-1998-ci il təvəllüdlü gimnastlar, A qrupu (halqa, top, gürzlər, lent)
17.20 – 18.50 1996-1998-ci il təvəllüdlü gimnastlar, B qrupu (halqa, top, gürzlər, lent)
18.50 – 19.20 Mükafatlandırma və bağlanış mərasimləri
19.20 – 20.00 Qala
 

İştirakçılar

Nəticələr