8-9 iyun tarixlərində Milli Gimnastika Arenasının köməkçi zalında Akrobatika Gimnastikası üzrə 26-cı Azərbaycan və Bakı Birinciliyi, həmçinin İdman Gimnastikası üzrə 26-cı Azərbaycan Birinciliyi və Bakı Çempionatı təşkil olunacaq.
2 gün keçiriləcək yerli turnirə ilk olaraq idman gimnastları start verəcək. İştirakçılar yarışlar ərzində “böyüklər”, “gənclər”, “yeniyetmələr”, “uşaqlar”, “balacalar” və “kiçiklər” yaş kateqoriyasında medallar uğrunda mübarizə aparacaqlar.
Akrobatlar isə “yeniyetmələr”, “uşaqlar” və “balacalar” yaş kateqoriyasında yer alaraq, qadın və kişi cütlükləri, qarışıq cütlüklər, qadın və kişi qrupları proqramında çıxış edəcəklər.
Gimnastikanın hər iki növü üzrə yarışlarda ümumilikdə 100-ə yaxın idmançı Bakı Gimnastika Məktəbi, Ocaq Sport Klubu, Neftçi İdman klubu, Nizami rayonu idman məktəbi, Sumqayıt və Balakəni təmsil edəcək.
Turnirə biletləri Arenanın kassasından, Gənclik Mall alış-veriş mərkəzindən, həmçinin onlayn (https://ticketing.mga.az/az/) əldə edə bilərsiniz. Biletlərin qiyməti 5 manat təşkil edir. Hər iki günə bilet alan tamaşaçıları isə xüsusi endirimlər gözləyir.
Yarışların başlama vaxtı: 12:00
Məkan: Milli Gimnastika Arenası (köməkçi zal)
Telefon: (+994 12/51) 566-96-99
Ünvan: Bakı, H.Əliyev pr., 178
Keçid: “Koroğlu” metro stansiyası
Şirkət | Telefon | Min. məbləğ |
---|---|---|
Uber | Google Play, App Store | 1.60 AZN |
Ailə Taksi | *8555 | 2.40 AZN |
Maxim | *2111 | 1.00 AZN |
Salam Taksi | *9933 | 1.80 AZN |
Bolt (Taxify) | Google Play, App Store | 1.50 AZN |
Xanımların xətti | 149 | |
Ulduz Taxi | *5000 | 1.00 AZN |
Taxi 158 | 158 | 2.20 AZN |
Zərif Taksi | *7177 | 3.00 AZN |
Alo Taxi | *1050 | 1.50 AZN |
Bakı Taksi Xidməti | 1414 | 3.00 AZN |
Nominal | Adı | Dəyəri |
---|---|---|
1 | USD - (1 ABŞ dolları) | 1.7 |
1 | EUR - (1 Avro) | 1.9706 |
1 | GEL - (1 Gürcüstan larisi) | 0.5417 |
1 | GBP - (1 İngiltərə funt sterlinqi) | 2.323 |
100 | IRR - (100 İran rialı) | 0.004 |
1 | RUB - (1 Rusiya rublu) | 0.0236 |
1 | TRY - (1 Türkiyə lirəsi) | 0.186 |