İdman

gimnastikadan

başlayır

Beynəlxalq Gimnastika Federasiyasının (FIG) 82-ci Konqresi

Beynəlxalq Gimnastika Federasiyasının (FIG) 82-ci Konqresi

Salamlama

Yarış haqqında

2-3 dekabr tarixlərində Bakı Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Konqresinə ilk dəfə ev sahibliyi edəcək.  

Beynəlxalq Gimnastika Federasiyasının (FIG) nizamnaməsinə əsasən, ən yüksək ali orqan sayılan konqresdə 115-dən çox ölkədən ümumilikdə 300-ə yaxın iştirakçının qatılacağı gözlənilir. Konqresdə FIG-nin prezidenti və texniki əlaqələndiricisinin, həmçinin ali qurumun hər bir gimnastika növü üzrə Texniki Komitələrinin prezidentlərinin hesabatları dinləniləcək. Daha sonra FIG-yə daxil olan qitə ittifaqlarının rəhbərləri hesabatla çıxış edəcək, habelə qurumun rüblük maliyyə planı təsdiqlənəcək. Bunlarla yanaşı, FIG-yə yeni üzvlərin qəbulu, həmçinin hər hansı bir federasiyanın qurumdan xaric edilməsi məsələsi müzakirə ediləcək və növbəti Konqresin keçirilmə yeri müəyyən olunacaq.

FIG-nin rəhbər orqanlarının, o cümlədən bu quruma üzv olan federasiyaların Konqresdən əvvəl irəli sürdükləri müxtəlif təkliflər bu iclasın gedişatında müzakirə olunacaq. Həmçinin beynəlxalq qurumun qaydalarına, Nizamnaməsinə edilə biləcək dəyişikliklərə və müxtəlif mükafatların verilməsinin təsdiqinə baxılacaq. 

Qeyd edək ki, Konqresdən əvvəl bir qayda olaraq noyabrın 29-da FIG-nin Prezident Komissiyasının iclası, noyabrın 30-dan dekabrın 1-dək isə ali gimnastika qurumunun icra komitəsinin iclasları paytaxtımızda keçiriləcək və daha sonra Konqresə start veriləcək.

Xatırladaq ki, 2017-ci ilin mayında FIG-nin rəhbər orqanlarından olan FIG Şurasının iclası da məhz paytaxtımızda təşkil olunub.

 

 

Faydalı məlumatlar

Şirkət Telefon Min. məbləğ
Uber Google Play, App Store 1.60 AZN
Ailə Taksi *8555 2.40 AZN
Maxim *2111 1.00 AZN
Salam Taksi *9933 1.80 AZN
Bolt (Taxify) Google Play, App Store 1.50 AZN
Xanımların xətti 149
Ulduz Taxi *5000 1.00 AZN
Taxi 158 158 2.20 AZN
Zərif Taksi *7177 3.00 AZN
Alo Taxi *1050 1.50 AZN
Bakı Taksi Xidməti 1414 3.00 AZN
Nominal Adı Dəyəri
1 USD - (1 ABŞ dolları) 1.7
1 EUR - (1 Avro) 2.0014
1 GEL - (1 Gürcüstan larisi) 0.5463
1 GBP - (1 İngiltərə funt sterlinqi) 2.3463
100 IRR - (100 İran rialı) 0.004
1 RUB - (1 Rusiya rublu) 0.0234
1 TRY - (1 Türkiyə lirəsi) 0.1992

Proqram

Proqram


 


 


 

İştirakçılar

Nəticələr

Məkan