05 sentyabr 2022
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti Latviyanın batut gimnastikası üzrə yığma komandasının üzvü, “Elite” Gimnastika Məktəbinin təmsilçisi Darya Ovçaruk ilə müsahibəni təqdim edir.
- Azərbaycana xoş gəlmisiniz. Özünüzü təqdim edin.
- Hər kəsi salamlayıram. Mənim adım Darya Ovçarukadır. Mən “Elite” Gimnastika Məktəbini və həmçinin Latviya Federasiyasını təmsil edirəm.
- Bakıda hansı məşqləri edirsiniz?
- Məşq prosesinə isinmə, tullanma və batut hərəkətləri daxildir.
- Paytaxtımızla bağlı təəssüratlarınızı bilmək istərdik.
- Deyə bilərəm ki, Bakı həqiqətən çox gözəl şəhərdir. Burada sizə hər zaman kömək edə biləcək xeyirxah insanlar çoxdur. Onu da deyə bilərəm ki, sizin həqiqətən güclü idmançılarınız var. Məsələn, Selcan Mahsudova və Maqsud Mahsudov. Mən onları çox bəyənirəm və onlar kimi tullanmaq istəyirəm.
- Mötəbər yarışlar öncəsi hansı məşqlərə üstünlük verirsiniz?
- Adətən, mən özümə inamlı olmaq üçün proqramımı dəfələrlə icra etməyə üstünlük verirəm. Dünya Kubokunda uğurla çıxış etmək üçün mən burada məşqlər edirəm.