İdman

gimnastikadan

başlayır

Dünya kuboku yüksək səviyyədə təşkil olunub

03 aprel 2022

Dünya kuboku yüksək səviyyədə təşkil olunub

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin birinci müavini Barış Sayqın Milli Gimnastika Arenasında davam edən Kişi və Qadın İdman Gimnastikası üzrə FIG Dünya Kubokunda iştirak edən türkiyəli gimnastlarla görüşüb. 
Görüşdən sonra səfirinin birinci müavini Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti ilə görüş barədə və ölkəmizdə keçirilən Dünya kuboku barədə təəssüratlarını bölüşüb.
- Milli Gimnastika Arenası çox gözəldir. Yarışları izləyərkən də biz bunun şahidi olduq. Dünya kuboku yüksək səviyyədə təşkil olunub. 
Burada iştirak edən türkiyəli gimnastlar və məşqçilərlə söhbət etdim və onlar idmançılar üçün hər cür şəraitin yaradıldığını, belə gözəl zalda çıxış etməkdən məmnun olduqlarını bildirdilər. 
Ölkələrimiz arasında digər sahələrlə yanaşı, idman sahəsində də sıx əməkdaşlıq mövcuddur. Buna görə də qardaş Azərbaycanda təşkil olunan yarışlarda Türkiyə idmançılarının uğurlarını görmək məni çox sevindirir. Azərbaycan idmançılarının çıxışlarını da eyni həyəcanla izlədik. Türkiyə idmançılarının qardaş ölkə torpağında medal qazanması bizim üçün ikiqat sevindiricidir. Bütün idmançılara uğurlar arzulayıram.