İdman
gimnastikadan
başlayır
11 iyul 2026
Ustad dərsi üçün ölkəmizə gələn idman gimnastikası üzrə London Yay Olimpiya Oyunlarının bürünc medalçısı Matteo Morandi ilə müsahibəni sizə təqdim edirik.
Ölkəmizə ilk səfərinizdir?
– Bəli, ölkənizə ilk dəfədir səfər edirəm.
Təəssüratlarınızı bizimlə bölüşə bilərsiniz?
– Gözləntilərimdən daha gözəl bir reallıqla qarşılaşdım. Azərbaycan çox qonaqpərvər və təhlükəsiz ölkədir. İdman zalına gəldikdə isə deməliyəm ki, bu səviyyədə texniki hazırlıq mərkəzini ilk dəfədir görürəm. Həm strukturu, həm təşkilatçılığı, həm də avadanlıqları baxımından olduqca möhtəşəmdir.
Bakını bəyəndiniz?
– Əvvəl də qeyd etdiyim kimi, Bakı çox gözəl şəhərdir. Mənim üçün ən önəmli məqamlardan biri isə onun təhlükəsiz olmasıdır. Şəhəri çox bəyəndim.
Gimnastlarımızın potensialı haqqında nə deyə bilərsiniz?
– Mənim üçün gimnastika hər şey deməkdir. Hazırda 44 yaşım var və bunun 38 ilini idman zalında keçirmişəm. Həm idmançı olduğum dövrdə, həm də hazırda məşqçi kimi fəaliyyət göstərdiyim müddətdə zalı həmişə öz evim kimi hiss etmişəm.
Azərbaycan gimnastları arasında maraqlı idmançılar var. Fikrimcə, onların yaxşı potensialı mövcuddur. Əsas məsələ işlərində sabitliyi və davamlılığı qorumaqdır. Davamlılıq uğurun ən vacib şərtlərindən biridir.